Gələcək qorxusu haramdır, müsəlman bu cür düşünməməlidir. Hər anımızı Allah yaradar. Sənin aldığın bütün tədbirlər başına bəla olar. Misal üçün pul yığarsan, xərçəng xəstəliyinin müalicəsinə gedər o pul, yaxud müəyyən yolla əlindən çıxar. Ev alarsan, Allah başına uçurdar. Belə şeylərə güvənmək olmaz, təkcə Allaha güvənmək olar. Bu çox yanlışdır, həm də, Allah bunu xoşlamaz.
(A9 TV; 6 yanvar 2016)
Müsəlmana romantiklik və qəzəbli olmaq yaraşmaz. Çünki müsəlman həmişə Allah ilə birlikdə hərəkət edən varlıqdır. Həmişə ağıllı və düzgün düşünməlidir. Çox qorxunc görünən hadisəni belə Allahın yaratdığını unutmamalıdır.
(A9 TV; 6 yanvar 2016)
Ən dəlisov, anormal kimi görünən hərəkətin belə yaradıcısı Allahdır. Bunu kimsə özü edə bilməz. Taledən kənar heç kəs nəsə edə bilməz. Bunun üçün hadisələrə mötədil, sabit və ağıllı baxmaq lazımdır.
(A9 TV; 6 yanvar 2016)
Müsəlman ağılsız ilə ağılsız ola bilməz, dəli ilə dəli ola bilməz, anormal insanla anormal ola bilməz, kinli ilə kinli ola bilməz, qəzəbli ilə qəzəbli ola bilməz. Ağıllı düşünməlidir. Həmişə Allah ilə birlikdə olduğunu bilməlidir. Çünki qarşısındakı insana anormal hərəkətləri etdirən də Allahdır. Buna görə həmin insan müstəqil hərəkət etmir ki, mömin təlaşa qapılsın.
(A9 TV; 6 yanvar 2016)
Allah ilə olan əlaqə qətiyyən kəsilməməlidir. Çatışmazlıq kimi görünən bir çox hadisə yaşana bilər, tərsliklər ola bilər, buna baxmayaraq, çox ağıllı, lazım gəldikdə təvazökar siyasət yürüdülməlidir. Müsəlman həlim olar, Allahın buyurduğu əxlaqa sahib olar. Mümkün qədər təmkinli hərəkət etməsi məqsədəuyğundur. Düşüncəsiz reaksiyalar ağlı bağlayar.
(A9 TV; 6 yanvar 2016)
Təvazökar olmaq müsəlmanı bezdirməz, eləcə də, alçaldıcı bir şey deyil. Müsəlman qürurunu düşünəcək vəziyyətdə deyildir, İslamın xeyrini düşünəcək vəziyyətdədir.
(A9 TV; 6 yanvar 2016)
Allah bizim İslamdan bəhs edərkən və onu yayarkən orta səviyyəli ağıla sahib olmağımızı istəmir. Çox yüksək səviyyəli ağıla sahib olmağımızı istəyir. İslam orta səviyyəli ağılla yayılacaq deyil. Çünki İslam əleyhdarlarının bir hissəsi, müxtəlif fəlsəfələri müdafiə edərək və iddialı həmrəyliklə müsəlmanlarla mübarizə aparırlar.
(A9 TV; 6 yanvar 2016)
Ənənəvi Ortodoks sistem, Allah adına nə qədər təzyiq göstərilsə, Allaha bir o qədər yaxınlaşılacağına inanır. Halbuki insan Allaha yaxınlaşmadığı kimi, həm Allahdan və dindən uzaqlaşar, həm də ağlını itirər.
(A9 TV; 5 yanvar 2016)
Müasirlik zehni sağlamlaşdırar. Mövhumatçı bir sistemdə insanların beyni normal işləməz. Mühafizəkar bir mühitdə insanlar yarım dəli kimi olurlar. Baxın, bir çoxu ağlını itirmiş olur. Müasir cəmiyyətlərdə ağıl normal işləyər.
(A9 TV; 5 yanvar 2016)
Biz çox müasir Avropalaşmış bir ölkə olmalıyıq. Hökumətin ən çox diqqət etməli olduğu məsələ budur. Müasir olmasaq elmdə və incəsənətdə inkişaf olmaz. Hərbi cəhətdən də gücümüz olmaz. Klassik Yaxın Şərq ölkəsi kimi olar və yavaş-yavaş çökərik.
(A9 TV; 5 yanvar 2016)





