Quran çox sadə bir Kitabdır. Lakin fövqəladə bir ağıl Quranı büsbütün əhatə etmişdir

(A9 TV; 12 yanvar 2016)

İnsan səmimiyyətsizdisə, müsəlmanları çirkin görməyə çalışar, küfr əhlini isə, təmiz görməyə çalışar. Hər şeyi beynində tərsinə çevirməyə başlayar. Lakin müsəlman Allahı səmimiyyətlə gördükdə (özünü sıxmasa, səmimi olsa dərhal Allahı görər, özü də tam açıq şəkildə, bütün ehtişamıyla görər) dərhal Qurandakı ağıla uyar.

(A9 TV; 12 yanvar 2016)

Sevgi gözə yerləşər, göz gözəlləşər. Düzgün baxmağa başlayar. Dilə yerləşər, düzgün danışmağa başlayar. Səs tellərinə yerləşər, səsi gözəlləşər. Məsələn, dəriyə yerləşər, dəri sevgidən ötrü gözəlləşər. Yəni insanın hər şeyi xoş və təravətli olar.

(A9 TV; 12 yanvar 2016)

Sevgiyə gəl desən dərhal gələr. Çox asandır sevgi. Sevgi gələn kimi dərhal qəlbə yerləşər, beyinə yerləşər. Onsuz da sevgi insanı sevər; Allahı sevər, buna görə insanı sevər. Beyinə yerləşdikdə beyin rahatlayar. Qəlbə yerləşdikdə qəlb rahatlayar. Dərhal insanın üfüqü açılar.

(A9 TV; 12 yanvar 2016)

Sevgi bir niyyətlə dərhal ayağımıza gələr. Sevgi qapıda gözləyər. “Sevgi, bura gəl” deyərsən, dərhal gələr. Sevgi dərhal insanın içini bürüyər. Ruhunda dərhal xidmətə hazır olar. Allah belə yaratmışdır. Lakin qapıda saxlayır insanlar. İçəri buraxmırlar sevgini. Bunun əvəzinə pislik, davakarlıq, kin, soyuqluq, şübhəcilik, mərhəmətsizlik, ədəbsizlik, nəzakətsizlik və kobudluğu qapının önündə saxlayırlar.

(A9 TV; 12 yanvar 2016)

Sevgini dünya üçün çox lüks kimi göstərirlər. Şeytan insanlara əsrlər boyu bunu öyrətdi. Hal-hazırda insanlara sevgi deyildikdə, bunu çox uzaqda olan, əlçatmaz kimi qəbul edirlər. Halbuki sevgiylə iç-içə yaşayırıq onsuz da. İnsanın gündəlik yeməyi kimi, normal bir ehtiyacıdır sevgi.

(A9 TV; 12 yanvar 2016)

Birisi : “Məndə sevgi, hörmət yoxdur, lakin pul vardır” deyir. Bu qadın üçün nə qədər qorxunc şeydir, kabusdur. Nə qədər əzab dolu bir həyatdır. Qəsrdə, sarayda yaşasa belə hər gün onun üçün əzab olar. Sevgi görmədikdən sonra, qiymətləndirilmədikdən sonra, o yeməyi, o paltar nəyinə lazım.

(A9 TV; 12 yanvar 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)