Güclü, qüdrətli olan Allahdır. Biz Allahın acizlik içində olan zavallı qullarıyıq. Bütün qüvvət Allaha məxsusdur. Allah taledə nə yazdısa o olar. Biz Allaha boyun bükmüş insanlarıq. Allahın verdiyi güclə hərəkət edirik.
(A9 TV; 15 yanvar 2016)
Günahsız yəhudiyə nifrət etmək haramdır. Lakin günah işləmiş, zülm etmiş olan vardırsa, onun şəxsinə nifrət edə bilərsən. Cinayət törədibsə qanun və hüquq normaları çərçivəsində mübarizə apar. Lakin bütün İsrail millətini qarşına alırsan, bu haramdır. İslama uyğun bir şey deyil.
(A9 TV; 14 yanvar 2016)
İslamda yəhudilərə nifrət yoxdur, xristianlara nifrət yoxdur. Onlar Quranda Kitab əhli kimi qorunurlar. Sinaqoqlarına və kilsələrinə də düşmənçilik göstərə bilməzsən. Allah Quranda xristian və yəhudi qadınlarla evlənə bilərsiniz deyir. Peyğəmbərimiz (s.ə.v)-in yəhudi və xristian həyat yoldaşları vardı.
(A9 TV; 14 yanvar 2016)
Hər yerdə həqiqi, səmimi, dürüst, müasir dindarlar ön planda olmalıdır. Müasir, səmimi bir dindar, ateist üçün də çox böyük zəmanətdir, yəhudilər və xristianlar üçün də. Çünki Allahdan qorxur, vicdanıyla hərəkət edir. Bu, hər kəs üçün bir zəmanətdir.
(A9 TV; 14 yanvar 2016)
Mömin şən olmalıdır, şövqlü olmalıdır. Bir şeyə görə kədərlənirsə, sıxılırsa, beyninə salırsa, artıq bədən özünü qorumaq, ondan xilas olmaq üçün özünü uyutmaq istəyər. Lakin mömin şən olarsa vücudu uyumaq istəməz, həyatı yaşamaq istəyər.
(A9 TV; 14 yanvar 2016)
Türkiyənin bölünməsi, bütün İslam aləminin məhv olması deməkdir. Fövqəladə bir ölkədir, bölünə bilməz. Türkiyə Türk aləminin beynidir. Türkiyə ölsə, Türk aləmi də ölər. İslam aləminin də beynidir. Türkiyə ölsə, İslam aləmi məhv olar.
(A9 TV; 13 yanvar 2016)
Allah rizası üçün, İslama xidmət üçün, bir gün yuxusuz qal desən, yıxılıb özündən gedər. Lakin bu avtomobili sənə verəcəyik desən, üç gün yatmaz, oyaq qalar. Özü də ayaq üstə. Məhz insan xarakterinin kiçikliyini, səthiliyini, heyvanlara necə uyğun olduğunu buradan görürük.
(A9 TV; 12 yanvar 2016)
Əgər nəfsi özbaşına buraxsan, birbaşa heyvan kimi baş bəlası olar. Yəni özünü ibtidai heyvan kimi göstərər.
(A9 TV; 12 yanvar 2016)
İnsanı nəzarətsiz buraxsan, onsuz da bədəni heyvan kimidir; dərhal acar, yuxusu gələr, qorxar, eqoistləşər. Bu heyvani yönünü imanla tarazlamalısan. Heyvan olmasına icazə verməməlisən.
(A9 TV; 12 yanvar 2016)
Səhabələr Allah üçün mübarizə aparırlar. Münafiqlər isə; “evimiz nəzarətsiz qalıb”, “vuruşa bilsəydik gələrdik” deyirlər. “Sənə qırx kisə qızıl veriləcək, bu şərtlə ki, vuruşa bilmədiyin halda, gəlib vuruşmalısan” desən dərhal gələr. Çünki, mənfəət vardır. Məhz insanın mənfəəti gözəl əxlaq olmalıdır. Qızıl yerinə, pul yerinə imanını qoymalıdır, vicdanını qoymalıdır. Başqa cür olsa insan heyvana dönər.
(A9 TV; 12 yanvar 2016)





