Gənclər arasında böyük nifrət ruhu hakimdir. Rusiyadan, İsraildən, Yunanıstandan və İrandan nifrət edirlər, öz aralarında nifrət hakimdir, eləcə də, başqa partiyalardan, başqa futbol klublarından və başqa şəhərlərdən nifrət edirlər. Yəni ağlasığmaz nifrət ruhu meydana gətirirlər. Belə cəmiyyətləri dağıtmaq olduqca asan olur. Bunun üçün əvvəlcə bu nifrət ruhu ortadan qalxmalıdır. Çox təcili məsələlərdən biri budur.
(A9 TV; 16 yanvar 2016)
Bir ölkəni dağıtmağa təşəbbüs etsələr, əvvəlcə həmin yerin insanlarını sevgisiz, kinli, kobud, vəhşi, mədəniyyətsiz, estetika və incəsənətdən uzaq, qan tökən, ətrafa nifrət toxumları saçan, heç bir irqi və heç bir cəmiyyəti sevməyən, vəhşiləşmiş insanlar halına gətirərlər. Bundan sonra həmin insanları və həmin cəmiyyəti yox etmək çox asan olar. Birinci mərhələsi bu olur.
(A9 TV; 16 yanvar 2016)
Ən gözəl bədən belə torpağın altında parçalara bölünəcək. Həyat çox qısadır. Hal-hazırda Allahın verdiyi orqanizmə həmd edirik, şükür edirik, lakin insan bu bədənə bağlana bilməz. Dünya gözəli birinin məzarı açılır; skelet, kəllə sümüyü, qollar, sümüklər. Neçə pəhləvanlar, neçə aslanlar məzarda sümükləri çürümüş vəziyyətdə yatırlar.
(A9 TV; 16 yanvar 2016)
İngiltərə dərin dövləti üçün Qalata müqəddəsdir. Cinayət, işgəncə, bütün iyrənc əməllərini orada işləyiblər. Kəşfiyyatın da mərkəzidir. Qalata qülləsindən kəşfiyyat məqsədiylə istifadə ediblər.
(A9 TV; 16 yanvar 2016)
Təbliğ edərkən insanların heç vaxt müxalifət etmədiklərini düşünək; hər dediyimizi qəbul edirlər, hər kəs bizi dəstəkləyir, alqışlayır; axirətə getdik, nə olacaq? Savab milyonda birdir. Lakin müxalifət varsa, sən cəhd edirsənsə, yəni səy göstərirsənsə, milyonlarla savab qazanarsan. Allah müqaviməti savabın möminə yağış kimi yağması üçün xüsusi yaradar. Allah tərəfindən möminə rəhmət kimi təqdim edilər.
(A9 TV; 16 yanvar 2016)
Mövləvi təkkələrinin mərkəzi Qalata olduğu üçün, İngiltərə dərin dövlətinin nümayəndələri Qalataya çox əhəmiyyət verirlər. Bu səmt onlar üçün əhəmiyyətlidir, onlar bu səmti, agentlərin, casusların görüş yeri kimi görürlər.
(A9 TV; 15 yanvar 2016)
Türkiyə nümunəvi ölkə olsun. Başda İngiltərə dərin dövləti olmaqla, 200 ildən bəri Türkiyəni yox etməyə çalışırlar. Yox edəcəyinə, ultramüasir, İslam aləminin nümunə götürəcəyi bir ölkəyə çevir, Türkiyə çox gözəl xidmət etsin.
(A9 TV; 15 yanvar 2016)
İngiltərə dərin dövləti müsəlmanları İŞİD-ləşdirmək, Əl-Qaidə-ləşdirmək və dünyada bir terror bloku halına gətirib, “müsəlmanlar da terroristdir, bütün terrorçular birdir, hamısı birlikdir, hamısını birdən yox edək” məntiqi ilə hərəkət etmə strategiyası yaratdılar. Yəni müsəlman, terrorist məfhumuna bərabərdir prinsipi üzərində çalışırlar. Bu çox böyük təhlükədir.
(A9 TV; 15 yanvar 2016)
Başda İngiltərə dərin dövləti olmaqla, Qərb dərin dövlətləri yeni bir üsul, yeni bir oyun meydana gətirdi; bütün müsəlmanları terrorist adlandırmaq istəyirlər. Yəni müsəlman bərabərdir terrorist. Bunun üçün çalışırlar.
(A9 TV; 15 yanvar 2016)
İstənilən halda, müsəlmanlara qarşı şəfqətli olmaq lazımdır. Çünki qəzəb gözüylə baxılsa, müsəlmanların demək olar ki, 99%-i gözdən çıxarılmalıdır. Məsələn, İŞİD-ə terrorist deyirsən (əlbəttə ki, etdiyi zorakılığa qarşı çıxırıq) Əfqanıstanın, Pakistanın, Hind müsəlmanlarının böyük hissəsi bu düşüncədədir, çünki onlara bu istiqamətdə təhsil verilir. Bunun üçün gözdən çıxartmaq deyil, əksinə onları qurtarmaq, onlara şəfqətlə yanaşmaq əsas məsələ olmalıdır.
(A9 TV; 15 yanvar 2016)





