Bir tümörün ilk hüceyrəsi Allahdan əmri alır. Sən münafiqlik edirsən, lakin hüceyrəyə söz keçirə bilmirsən. O səni bürüyər. Allah bəlanı verər. Sən özünü müstəqil zənn edirsən. Yazığın birisən.

(A9 TV; 17 yanvar 2016)

Münafiqin bir xüsusiyyəti də müsəlmanı narahat etmək istəməsidir. Bacardığım qədər zərər verim düşüncəsində olur. Sözüylə narahat etmək istəyər, rahatlığını pozmaq istəyər, pislik edəcəyini nəzərdə tutar. Kiçik, balaca bir zərər yaratmaq belə, onun üçün çox əhəmiyyətlidir. Halbuki öz aləmində verdiyi zərər müsəlmana hər dəfə savab, ona isə bəla qazandırar.

(A9 TV; 17 yanvar 2016)

Allaha iman edirsənsə, səhər namaza durmamaq zülm sayılar. Çünki Allaha söz verirsən, mən Səni sevirəm deyirsən, nemətlərinin təqdir edirəm, şükür edirəm deyirsən. Lakin sənə təşəkkür etmək istəmirəm deyirsən. Belə olar heç?

(A9 TV; 16 yanvar 2016)

Sübh namazına həvəslə durmalısan. Allah səni bu qədər incəliklərlə yaratmışdır, fasiləsiz surətdə nemət verir. Allah sənə səhər-səhər yemək verir, günorta da yemək verir, axşam da. Sənə fasiləsiz nəfəs verir, fasiləsiz ürəyini işlədir, gecə-gündüz. Ürəyini bir anlıq dayandırsa, ölərsən. Nəfəsini bir anlıq kəssə ölərsən. Sən təkcə bir namazı Allaha çox görsən, bu Allaha qarşı namərdlik olar.

(A9 TV; 16 yanvar 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)