Sevgidə qürur olmaz. Çünki qürur olduqda sevgi bitər. Qürur və bağışlamamaq sevginin zəhəridir. İnsanlar bundan ötrü sevgini davam etdirə bilmirlər. Lakin bağışlamaq, qürura nəzarət etmək və onu əzə bilmək sevginin yolunu sonuna qədər açar.
(A9 TV; 5 fevral 2016)
Dünyanın sonu gəldi, Allah gözəl bitməsini istəyir. Xristianlıq, yəhudilik və müsəlmanlığın bu cür şirk və pərişanlıq içində olarkən bitməsini istəmir. Hər üçünün də tövhid inancı ilə ehtişamlı şəkildə bitməsini istəyir. Hz. Mehdi (ə.s)-ın zühuru, hz. İsa Məsih (ə.s)-ın enişi və İslamın hakimiyyəti. Onsuz da ardınca sürətli pozulma baş verəcək.
(A9 TV; 5 fevral 2016)
Darvinist təhsilin dayandırılması mühüm mövzu kimi ələ alınmalıdır. Darvinizmlə Allah inkar edilir. Həmçinin gənclərimiz ateist, darvinist və materialist yetişdirilir. Bu böyük fəlakətdir.
(A9 TV; 4 fevral 2016)
Ağıl Allahdan bir nurdur, insana Allah tərəfindən ilhamla verilir. Öz-özünə ağıl meydana gəlməz. Allah ağlı alsa bir anda donub qalarsan, bəsirətin qapanar, lal olub belə baxarsan.
(A9 TV; 4 fevral 2016)
Peyğəmbərimiz (s.ə.v) dövründəki bütün münafiqlərin xüsusiyyəti özlərini Peyğəmbər (s.ə.v)-dən üstün görmələri və ön plana çıxartmalarıdır. Münafiq qadınlarda və münafiq kişilərdə, hədəf həmişə ən qabaqda olmaq, ən böyük olmaqdır. Özlərini haşa Allah kimi görərlər.
(A9 TV; 4 fevral 2016)
Münafiqlər Peyğəmbər (s.ə.v) və səhabələrə: “Döyüşməyi, mübarizə aparmağı bacarsaydıq sizinlə gələrdik” deyirlər. Münafiq bilərəkdən bacarıqsız kimi özünü göstərər. Həmçinin müsəlmanların da İslam üçün fəaliyyət göstərməsini istəməz. Onları da dayandırmağa çalışar.
(A9 TV; 4 fevral 2016)
İslam aləminin məhv olmasının səbəbi münafiqlərdir. Münafiq dəhşətli gücdür. İnsanlar yanlış bilirlər, küfr əhlini əsas götürürlər. Kafirin gücü mində birdirsə, münafiqin gücü mində doqquz yüz doxsan doqquzdur. Əsas təhlükə münafiqdir.
(A9 TV; 4 fevral 2016)
Dərin dünya dövləti Mövləviliyi İslama qarşı din kimi düşünür. Çox əhatəli hazırlıq görüblər, gizlicə bünövrədə bir din yaradılıb. İnsanları İslamdan ayıra bilməyəcəkləri üçün, İslamın yerinə keçəcək din kimi Mövləviliyi görürlər.
(A9 TV; 4 fevral 2016)
Hər dövrdə dəccal olmuşdur, lakin ən böyük dəccal Axırzaman dəccalıdır. Ona qarşı da Allah, xatəmə vəli olan, gəlib-keçmiş ən böyük vəli olan Mehdi (ə.s)-ı çıxardır.
(A9 TV; 4 fevral 2016)
Qazilərə çox yaxşı sahib çıxmaq lazımdır. “Mənə nə dəxli var” demək çox böyük əxlaqsızlıq olar, şəxsiyyətsizlik olar. Çünki onlar Allah üçün, vətən üçün, bayraq üçün, dövlətimizə zərər gəlməməsi, torpağımızın bölünməməsi üçün, bədənlərini fəda edirlər.
(A9 TV; 4 fevral 2016)





