Bəziləri mənfəətləri üçün ağlamağı silah kimi istifadə edər. Bunlar özünü acındırmaq, nəsə əldə etmək, bir şeyə qarşı çıxmaq və qarşı tərəfi qorxutmaq üçün, şeytani hay-küy çıxarma üsuludur. Müsəlman Allah eşqiylə ağlayar. Bir insanı narahat etmək, qorxutmaq üçün ağlamaq olmaz. Bu əxlaqsızlıqdır, zülmdür.
(A9 TV; 3 fevral 2016)
Münafiqlər danışanda şər danışarlar. Münafiqlər danışanda ya fitnə, ya bəla, ya uğursuzluq, ya döyüş səbəbi, ya sataşma səbəbi, ya vəsvəsə, ya da şeytani vəsvəsəylə şər danışarlar. Mömin bəs necə olar? Həmişə xeyir, həmişə gözəl, həmişə sakitləşdirici, həmişə fitnəni ortadan qaldıran və qəlbdə fərəhlik yaradacaq şəkildə danışar.
(A9 TV; 3 fevral 2016)
Münafiq, münafiqə aid ayələri qətiyyən üzərinə götürməz, ancaq mömin bu ayələrdən dərs alar. Dəhşət və heyrətlə görər bunları, mən nə eləmişəm deyə düşünər, mən münafiq əlamətlərinin içinə batmışam, bataqlığa batmışam, dərhal xilas olum deyər. Tamamilə imtina edər, tamamilə qəlbində buna son qoyar, çünki bəllidir ki, onunla yaşaya bilməyəcək, onsuz da pis olduğunu görmüş olur.
(A9 TV; 3 fevral 2016)
Mövlananın ən yaxın müridlərindən olan Baycu Noyan, Hülakünün ordusunda on minlərlə müsəlmanı şəhid edən qatil idi.
(A9 TV; 2 fevral 2016)
Mehdi camaatını axtaran vardırsa, Allah Quranda sübut təqdim edir; “Onlar sizdən mükafat istəməzlər” deyir. Alimlərə, xocalara baxdığımız vaxt, demək olar ki, hamısının pul aldığını görürük. 99%-i pul alır. Mehdi camaatını tapmaq istəyirsənsə, onların kim olduğunu pul istəmədiklərindən anlamalısan.
(A9 TV; 2 fevral 2016)
İŞİD-lə aparılacaq ən gözəl mübarizə forması fikri mübarizədir. Fikri mübarizəyə niyə yanaşmırsız? Havadan bombalayaram deyir. Gedib orada mülki şəxsləri bombalayırlar. İŞİD zorakılığının həlli mehdiyyətdir. İŞİD-in kilidini imam Mehdi (ə.s) açacaq.
(A9 TV; 2 fevral 2016)
Münafiqlər müvəqqəti daldalana bilərlər. Vərəm mikrobu kimidirlər; bəzən təzyiq göstərər, orqanizm zəif olduqda isə, hücuma keçərlər.
(A9 TV; 2 fevral 2016)
Bəzən də münafiq özünə daldalanacaq tapar, buna çox diqqət etmək lazımdır. Müvəqqəti olaraq gizlənər. Onun gözlədiyi hücum anları var. Yəni müsəlmanları zəif gördüyü an, hücuma keçər, təcavüzkar olar, mırıldamağa başlayar. Bağırıb qışqırar, rüsvayçılıq edər, xəbərçilik edər, fitnə çıxardar, alçaqlıq edər.
(A9 TV; 2 fevral 2016)
Əgər insan münafiq əlamətlərini oxuduğu halda, münafiqliyə davam edirsə həqiqi münafiqdir. Lakin dəyişdirirsə, deməli, xəstədir və xəstəliyini müalicə edir. Qəlbində xəstəlik olanlar var, onlar da münafiqlərə bənzəyər. Söz anlayırsa, ayədən anlayırsa imtina edər.
(A9 TV; 2 fevral 2016)
Münafiq, hiss edilməməsi və bilinməməyi üçün, məcburən müsəlman kimi görünməyə çalışar. Bu taktikanı işlədərkən müəyyən yolla İslama xidmət etdiyini anladığı vaxt da, qəribə əzab çəkər. Allah bunu ayədə bildirir: “Barmaq uclarını dişləyərlər” deyir.
(A9 TV; 1 fevral 2016)





