Bir insan nəfsini dəli kimi müdafiə edirsə, bu əqli xəstəlikdir. İnsan orada dayanmalıdır, Allaha sığınmalıdır. “Mən necə bu qədər anormal bir insan ola bilərəm?” deməlidir. Qarşı tərəfi ağıllı şəkildə dinləməlidir. Müsəlman, yaxşı işlər görməyi əmr edib, pis əməlləri qadağan etməyə meyillidir. Buna görə də ağlı çox gözəl inkişaf edər.

(A9 TV; 7 fevral 2016)

Münafiqlər dünyada təkəbbür göstərərlər. Qudurub azarlar, lakin axirətdə Allahın hüzurunda, haşa, bu cür çoxbilmişlik, intellektuallıq və hiyləgərlik etməyə gücləri qalmaz.

(A9 TV; 7 fevral 2016)

Bəzən qəlbində xəstəlik olan müsəlmanlar da eynilə münafiq kimi davrana bilər. Münafiq deyil əslində, lakin qəlbində xəstəlik vardır; Allah ayədə: “Qəlbində xəstəlik vardır” deyə bildirir, eynilə münafiq kimi davranar. Yəni bir mərhələsindədirlər. Bəzən şəfa tapar, bəzən də münafiqlik uçurumuna düşər.

(A9 TV; 7 fevral 2016)

Münafiqin ən mühüm silahı gizlilikdir. Xarakterinin və fəaliyyətləri bütün incəlikləri ilə birlikdə açılsa, ən mühüm silahı faydasız hala gələr.

(A9 TV; 7 fevral 2016)

Əziyyət Peyğəmbərimiz (s.ə.v)-i gözəlləşdirirdi. Əziyyət hz. Yusif (ə.s)-ı dünyanın ən gözəl insanına döndərdi. Həyatı həmişə əzab içində keçdi. Ağlasığmaz dərəcədə gözəl idi. Musa (ə.s) ömrü boyu əzab və əziyyət çəkdi. Əla yaraşıqlı idi, qövmün ən yaraşıqlısıydı.

(A9 TV; 6 fevral 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)