Bütün gənclər milli ruhla yetişdirilməlidir. “Milli şüur” adlı dərs tədris olunmalıdır. Həftədə üç saat milli şüur dərsi tədris olunmalıdır. İngiltərə dərin dövləti, PKK, darvinizm, kommunizm, yəni Türkiyəni dağıtmağa xidmət edən hər cür ideologiya və fəaliyyətdən həmin dərsdə bəhs edilməlidir.

(A9 TV; 1 fevral 2016)

Münafiqlər bir-birlərinə şeytani sədaqət göstərər. Həmçinin küfr əhli ilə münafiqlər arasında da müəyyən razılıq vardır. Lakin təbiidir ki, mənfəətlərinə zidd düşdükdə vəhşi heyvan kimi bir-birlərini parçalayarlar. Bunun üçün münafiq eyni zamanda küfr əhlindən çəkinər.

(A9 TV; 30 yanvar 2016)

Münafiq heyrətamiz dərəcədə ümumi biliyə malikdir. Buna görə də, lovğalanar. Bunun üçün də, azar, müsəlmanları kiçik hesab edər, özünü böyük hesab edər və həmişə dünya səviyyəsində böyük olmaq arzusunda olar. Allah: “Onların qəlbində təkcə nail ola bilməyəcəkləri böyüklük (arzusu) vardır” deyir, (Mümin surəsi, 56).

(A9 TV; 30 yanvar 2016)

Münafiq öz aləmində müsəlmanlara zərər verəcəyini düşündüyü məlumatları küfr əhlinə çatdırar. Bununla da, o şeytani ruhu qane olar. Necə ki, vampir qan sorduqda rahatlayarsa, münafiq də əxlaqsızlıq, pislik etdikdə rahatlayar. Lakin o bir yarasa kimidir, yarasanın uçuşunu izləyən elm adamı onu necə görər? Münafiq belə göründüyünü bilməz. Öz aləmində müsəlmanları ələ salıb oynatdığını zənn edər.

(A9 TV; 30 yanvar 2016)

Münafiq küfr əhli ilə əlaqəsini kəsməz. Bu onun qidasıdır. Fasiləsiz davam edən bir xüsusiyyətidir. Məsələn, gecə yarısı qalxar, mütləq küfr əhlinə müsəlmanlarla əlaqədar məlumat çatdırar. Boş durması qeyri-mümkündür. Yəni ki, xəstədir. Bunun üçün də, Allah: “Diqqətli olun” deyir. Danışarkən diqqətli olmalısan. Münafiqə müsəlmanların sirri verilməz. Münafiq onsuz da bunun üçün gələr, yaxınlaşar.

(A9 TV; 30 yanvar 2016)

Münafiq həmişə çox gözəl danışar, yaxşı rol oynayar. Oradan buraya keçər, buradan oraya, meymun kimi. Bunun üçün də, Bədiüzzaman: “Münafiq şeytani zəkaya malikdir, baş çıxara bilməzsiniz” deyir. “Olduqca şiddətli məxluqdur” deyir. Lakin heyrət ediləcək bir şeydir, heç vaxt nicat tapmaz.

(A9 TV; 30 yanvar 2016)

Şeytan qorxunc dərəcədə ümumi biliyə malikdir. Münafiqlər də xeyli bilikli olarlar. Lakin bundan şeytanlıq, əxlaqsızlıq, göstəriş, təkəbbür və eqoistlik üçün istifadə edərlər.

(A9 TV; 30 yanvar 2016)

Münafiq Quranı öyrənmək istəməz. Qurandan nifrət edər. İmani mövzulardan nifrət edər. Heç vaxt öyrənmək istəməz. Lakin boş məlumat olan kimi, onunla göstəriş etmək istəyər. Özünə alim deyilməsini istəyər.

(A9 TV; 30 yanvar 2016)

Münafiqin qəlbində ölümcül bir nifrət var. Yəni bütün münafiqlər şeytan kimidir. Həmişə cinayət planı qurarlar. Rəsulullah (s.ə.v)-ə qarşı, cinayət törətmək istəyiblər. Məsələn, hz. Yusif (ə.s)-a, hz. Musa (ə.s)-a qarşı da cinayət. Qurana baxdığımız vaxt, həmişə son çarə olaraq öldürmək istədiklərini görərik. Lakin Allah həmişə onların bəlasını vermişdir.

(A9 TV; 30 yanvar 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)