Mehdilik çox kiçik bir qrup olduğu və əleyhdarı çox olduğu halda, ən başda dərin dünya dövlətləri, mövhumatçılar, müşriklər, münafiqlər hamısı qarşı olduğu halda, heç kim dayandıra bilmir. Məhz mehdiyyətin möcüzəvi tərəfi budur. İmam Mehdi (ə.s) və tələbələri məğlub edilə bilmir. Məğlub olmaq talelərində yoxdur.
(A9 TV; 16 fevral 2016)
Münafiqi ən çox yandıran, ömrünün müsəlmanların arasında keçməsidir. Küfr həyatını rahatlıqla yaşaya bilmədiyi və müsəlmanlar arasında müsəlman təqlidi etdiyi üçün, içi çox yanar, çox iztirab çəkər.
(A9 TV; 15 fevral 2016)
Münafiq hiyləgərcəsinə, gizli olaraq həmişə müsəlmanları hirsləndirməyə çalışar. Lakin bu ən çox münafiqin özünü əldən salar. Möminə də fayda verər. Allah belə tərsinə işləyən bir sistem yaratmışdır.
(A9 TV; 15 fevral 2016)
Müsəlman Allaha olan imanından, təvəkkülündən ötrü hər zaman nəşəlidir. Cihad sahəsində də nəşəlidir, şəhid olarkən də nəşəlidir. Sevincindən nəsə itirməz. Lakin imanı zəif insanın əli-ayağı boşalar, ümidsizliyə qapılar, təşvişə qapılar, bədbəxtdir, ağlayar, qorxu içində yaşayar.
(A9 TV; 15 fevral 2016)
Münafiq əsla İslama xidmət etmək istəməz. Tüfeyli bir parazit kimi, gənə kimi müsəlmanların üstünə yapışar, bu yolla yaşayar. Həyatını qan sormaqla davam etdirər. Münafiq təkcə göstəriş olacaq qədər, müsəlmanları aldatmaq üçün, formal olaraq, çox kiçik hücumlar edər. Lakin ümumi baxdıqda boş dayanar, heç nə etməz.
(A9 TV; 15 fevral 2016)
Münafiq müsəlmanların təqdim etdiyi rahatlıqdan sonuna qədər istifadə edər, lakin özü müsəlmanlara heç bir töhfə verməz. Bir ucundan belə tutmaq istəməz. Müsəlmanlara heç bir dəstək təmin etmək istəməz. Ən kiçik bir iş görməkdən, fayda təmin etməkdən etinayla qaçar.
(A9 TV; 15 fevral 2016)
Münafiqin xüsusiyyəti, möminlərin dosdoğru yolunun üstündə oturması, pusqu qurmasıdır. Gecə yarılarına qədər, müsəlmanlara nə pislik edə biləcəyini, nə əxlaqsızlıq edə biləcəyini düşünər. Başı yerə qoyub yatmaq olduğu halda, Allaha dua edib rahat yaşamaq olduğu halda, bu pisliklə məşğul olar münafiq.
(A9 TV; 15 fevral 2016)
Bəzən möminlərdə də münafiq əlaməti olar, o vaz keçər, lakin münafiq əsla vaz keçməz. Yəni gecə-gündüz oyun oynamaqdan əsla vaz keçməz.
(A9 TV; 15 fevral 2016)
Münafiq möminlərin yanında, münafiq əlamətlərini eşitdikdə komaya girər, lakin ölməz. Koma vəziyyətində yaşayar. Məsələn, ürəyi iyirmi saniyədən bir döyünər. Dəqiqədə bir dəfə nəfəs alar, lakin ölməz. O həyatını bu cür davam etdirər. Lakin əlverişli fürsət tapanda tənəffüsü tezləşər, ürək döyüntüləri də sürətlənər, yenidən ayağa qalxar.
(A9 TV; 14 fevral 2016)
Münafiq, Allahı sevmədiyi üçün, Allahdan başqa hər şey onu maraqlandırar. Təkcə Allahla əlaqə yaratmaq istəməz. Allahı unutmaq üçün, hər şeyi edər. Saatlarla boş danışmasının səbəbi də budur. Bu, Allahı unutmaq üçün gördüyü bir işdir. Özünü keyitmək üçün gördüyü bir işdir.
(A9 TV; 14 fevral 2016)





