Münafiq, müsəlmanı bəyənərsə, küfr əhli onu bəyənməz. Küfr əhlinin bəyənməsi üçün, özünü həmişə küfr əhlini bəyənən kimi göstərər. Onun kitabını bəyəndiyini göstərər, yaxud məqaləsini bəyəndiyini göstərər. Münafiqlərin bir müsəlmanın məqaləsini təriflədiyini görmək, elə də mümkün deyil. Həmişə küfr əhli, həmişə küfr əhli. Lakin şərəfsiz olduğu üçün, bundan utanmaz, açıq-aşkar edər.
(A9 TV; 11 fevral 2016)
Münafiq üçün, bir pisliyi gecə etmək çox əhəmiyyətlidir. Bu pislik, bu şeytanlıq gecə üstünə yaxşı şəkildə çökər, əxlaqsızlıq etdiyi üçün, onun üzündəki münafiq damğası daha kəskinləşər, daha pisləşər.
(A9 TV; 11 fevral 2016)
İngiltərə dərin dövləti çox təkəbbürlüdür, eqoistdir. Münafiq alçaqlıq duyğusuna malik olduğu üçün, bu təkəbbürlük, eqoistlik və lovğalığa heyranlıq duyar. Onun eqoistliyini bir filin eqoistliyi kimi görər, özünün eqoistliyini də bir böcəyin eqoistliyi kimi görər, lakin heyran olar. Bunun üçün də, onlara qarşı çox hörmət saxlayar. Küfr əhlinə qarşı, dəlalət əhlinə qarşı, zalımlara qarşı çox hörmət saxlayar.
(A9 TV; 11 fevral 2016)
Samiri ömür boyu tənha yaşamış və tənha ölmüşdür. Heç bir münafiq xoşbəxt və səadətli mühitdə ölməz. Həmişə sürünərək bir bucaqda ən pis şəkildə ölərlər.
(A9 TV; 11 fevral 2016)
Məlumat toplamaq, münafiq üçün pul deməkdir. Münafiq müsəlmanlara dair məlumatı sataraq dolanan bir alçaqdır.
(A9 TV; 11 fevral 2016)
Münafiq pis şeyləri toplayar. Yəni iman və Qurana aid nəsə toplamaz münafiq. Harada hiyləgərlik var, harada küfr əhlinə göstəriş edəcək, harada münafiqlərə özünü tanıdacaq qaranlıq bir yol varsa, gedib onu tapar, onu tapmış kimi edər. Bununla öz təqdimatını ön plana alar.
(A9 TV; 11 fevral 2016)
Münafiqin ən mühüm xüsusiyyəti özünü ön plana çıxartmaq istəyidir. Müvəffəqiyyəti özünə aid etmək istəyər, Peyğəmbər (s.ə.v)-ə aid etməz. Yaxud müsəlmanların lideri kimdirsə, ona aid etməz, özünə aid etməyə çalışar. Özünü şöhrətə mindirməyə çalışar.
(A9 TV; 11 fevral 2016)
Münafiq hər cəhətdən axmaqdır. Lakin şeytan üstünə gələndə, birdən o iblis ruhu gələr. Məsələn, birisi ilə əlaqə yaradacaqsa, telefonla çox sürətlə yazmağa başlayar, çox tez danışmağa başlayar, çox tez pislik etməyə başlayar. Özünü gizləməyi çox yaxşı bacarar. Lakin bunu, şeytanın verdiyi məlumatla edər, öz ağlı bomboşdur. Tamamilə kötükdür.
(A9 TV; 10 fevral 2016)
Mömin Allah ilə diqqət çəkər, imanıyla, İslamla, Quranla diqqət çəkər. Münafiq isə, boş işlərlə diqqət çəkməyə çalışar. Diqqət çəkməyə çalışdığı dəyərsiz şeylərlə alçaldığını anlamaz, hələ də davam edər.
(A9 TV; 10 fevral 2016)
Münafiq üçün yaxın ətrafı çox əhəmiyyətlidir. Bunun üçün, kafirlərdən, fırıldaqçılardan, münafiqlərdən, murdar insanlardan özünə həmişə tərəfdaş qazanmağa çalışar. Nə vaxtsa tək qaldıqda, bu murdar insanların ona iş verəcəyini, imkan verəcəyini, yemək verəcəyini düşünər.
(A9 TV; 10 fevral 2016)





