Gənclərimizin böyük hissəsi yaxşı təchizatlı deyil. Darvinist düşüncəylə, Marksist, Leninist, Stalinist düşüncəylə mübarizə aparacaq məlumata sahib deyillər. Türkiyədə darvinist təhsilin dayandırılması PKK-ya böyük zərbə olar. Məktəblərin tədris proqramına “milli şüur” dərsi əlavə edilərək, Marksist, Leninist düşüncənin yanlışlığı gənclərə çatdırılsın.

(A9 TV; 18 fevral 2016)

PKK gecə-gündüz təlim keçərək minlərlə insanı Marksist edir. Biz də əks təhsillə Marksist, Leninist, Stalinist düşüncənin yanlışlığını izah edək. Gənclərimizə, bu cür ideoloji izahatlarla qarşılaşdıqları zaman, necə cavab verəcəklərini öyrədək.

(A9 TV; 18 fevral 2016)

PKK: “Yas tutun, kədərlənin, fəryad edin, ağlayın” deyir. Allah: “Şəhidlik sizin üçün bir şərəfdir, sevinin” deyir. Allahın dediyini etdiyimiz vaxt, PKK-nın oyunu pozulmuş olar. Fəaliyyət gücü azalmağa başlayar.

(A9 TV; 17 fevral 2016)

Hüzn Allaha üsyan etməyin digər adıdır. Haramdır. Kədərlənmək, Allahın etdiyini bəyənməmək deməkdir. Allahın etdiyindən narahat olub buna qarşı göstərilən etiraza hüzn deyilər. İnsan Allahın təqdir etdiyi taleyi bəyənmirsə ağlayar. Kədərlənər, hirslənər, narahat olar.

(A9 TV; 17 fevral 2016)

Yas tutmaq haramdır, qədim bütpərəst adətidir. Qədim Şumerlərdə, Qədim Misirdə, Perslərdə (farslar), Xetlərdə axirətə, şəhadətə inanmadıqları üçün ölümü bir fəlakət kimi görürdülər. Allaha üsyan olaraq ağlayardılar. Biz müsəlmanlar şəhadəti şərəf kimi görürük.

(A9 TV; 17 fevral 2016)

Allah böyük hadisələri insanları yuxudan oyatmaq üçün yaradır, lakin bir çox insan vecinə almır. Yanında bomba partlayır, bunu media xəbəri kimi söyləyir. Peyğəmbər (s.ə.v)-in hədislərində insanların hamısı bu dərin yuxularından tamamilə oyanana qədər hadisələrin davam edəcəyini görürük.

(A9 TV; 17 fevral 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)