Münafiqlər şeytani sözlərdən çox xoşlanarlar. Anlaşılmaz və şifrəli söhbətlər edərlər. Yazılarında da yenə belə sirli, anlaşılmaz sözlər seçərlər. Münafiqlərin özlərinə məxsus morze əlifbası kimi gizli bir dili var.

(A9 TV; 20 fevral 2016)

Münafiq yarım danışar. Çox mütənasib danışar. Yəni cümlələrdən, sözlərdən öz lehinə istifadə edəcək kimi seçər. Çox alçaqdır. Məsələn, ayədə var, döyüşə çıxmaq istəməyən münafiq Peyğəmbərimiz (s.ə.v)-ə: “Döyüşməyi bacarsaydım gələrdim” deyir. İndi Peyğəmbər yanında döyüşə aparsa, məsələn, bir yerinə ox dəysə və ya qılınc zərbəsi alsa: “Mən onsuz da sizə döyüşməyi bacarmadığımı söyləmişdim. Baxın, qolum şikəst oldu” deyəcək və Peyğəmbər (s.ə.v)-i günahlandıracaq. Münafiq belə alçaqdır.

(A9 TV; 20 fevral 2016)

İncəsənət və Keyfiyyət Nazirliyinin yaradılması çox əhəmiyyətlidir. Çünki keyfiyyətsiz olan və incəsənətin hakim olmadığı, bütün ölkələr dağılar. Baxın tarixə, hamısı dağılıb. Qadına dəyər verməyən, incəsənət olmayan, estetika olmayan, keyfiyyətə əhəmiyyət verilmədiyi hər ölkə məhv olar.

(A9 TV; 20 fevral 2016)

Quran, münafiqi sanki yandırar. Münafiq, Qurandan şiddətlə çəkinər. Çünki oxunan ayə onun sistemini ortadan qaldıran bir açıqlama olduğu üçün, haşa, ayədən nifrət edər.

(A9 TV; 19 fevral 2016)

Münafiq pusquda gözləyən bir mikrobdur. Vərəm mikrobu kimi əlverişli mühitini tapdığı zaman, yenidən inkişaf edər və azğınlaşar. Şeytan ona gizlən deyər gizlənər, çıx deyər çıxar. Münafiqlikdən vaz keçməz.

(A9 TV; 19 fevral 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)