Münafiqin xüsusiyyəti küfrdəki şəxsiyyətindən imtina etməməsidir. Uşaqlığında, gəncliyində nədirsə eyni şəxsiyyəti davam etdirər. Əvvəlki kimi yenə təcavüzkar, yenə tərs, yenə hörmətsiz, yenə düşüncəsizdir. Şəxsiyyətini Qurana əsasən formalaşdırmaz.
(A9 TV; 25 fevral 2016)
Münafiq hiyləgərliyindən, gizliliyindən mühüm silah kimi istifadə edər. Gizli vurar, gizli hücum edər, lakin onun öhdəsindən gələn ağıl, çox heyrətamiz ağıldır, inkişaf etmiş ağıldır. Orta zəka səviyyəsi ilə münafiqin öhdəsindən gəlmək olmaz. Böyük ağıl və böyük iman lazımdır.
(A9 TV; 25 fevral 2016)
Münafiq möminin ağlını çox inkişaf etdirər, yoxsa bacarıqsız olar. Mömin bu dəfə lazımsız şeylərə baş yormağa başlayar. Kəskin diqqət və şüur açıqlığı, münafiqlərin vəsiləsi ilə yaranır.
(A9 TV; 25 fevral 2016)
İslam aləmi məhv olmuş vəziyyətdədir, lakin ənənəvi təbəqə bunu anlamır. Daha xurafatçı olmaqla xilas olacağını zənn edir, qərq olduğu sistemi daha da təkmilləşdirərək nicat tapacağını düşünür. Daha ənənəvi, daha qorxunc görünüşə girmək istəyirlər.
(A9 TV; 24 fevral 2016)
Quranda bildirilən dinlə mövhumatçıların müdafiə etdiyi sistem arasında dağlar qədər fərq var. İslam aləminin tezliklə Qurana yönəlməsi lazımdır.
(A9 TV; 24 fevral 2016)
İnsan sırf zənginlikdən ötrü xoşbəxt olmaz, çox sıxılarsan. Sarayda yaşayan insan özünü asır, Allah qorusun. İnsan imanla xoşbəxt olar.
(A9 TV; 24 fevral 2016)
Ağlı açıq olan, şüuru açıq olan, səmimi olan hər mömin cənnətə gedir, necə gözəldir bu. Və nə vaxta qədər? Sonsuza qədər.
(A9 TV; 24 fevral 2016)
Müsəlman küsməz. Qəlb həmişə Allah ilə birlikdədir. Dünya qısamüddətli kursdur, qısamüddətli təhsildir. Burada nə göstəriş edilər, nə ağıllı olma iddiası, nə də zəkalı olma iddiası, heç nə edilməz. Dünya kosmosdan baxıldıqda toz kimidir. Bir qədər də uzaqlaşdıqda heç görünmür. Tozun içində, tozun tozudur insan. Aciz varlıqdır. Nəyindən ötrü təkəbbür edirsən? Ölüb gedəcəksən.
(A9 TV; 24 fevral 2016)
Mehdiyyət şeytanın və onun yardımçılarının axmaq mübarizəsinə qarşı hz. Mehdi (ə.s)-ın təkbaşına aslanlar kimi onu darmadağın etdiyi bir sistemdir. Mehdi, dəccaliyyət şeytanlarıyla, münafiqləriylə zəka mübarizəsi aparacaq. Hamısı hz. Mehdi (ə.s)-ın ağlının altında əzilmiş meyvə kimi əziləcəklər. Mehdiyyət, şeytanın zəkasıyla döyüşən insan ağlının qələbəsidir.
(A9 TV; 22 fevral 2016)
Küfr əhli böyük təhlükədir. Lakin Münafiqliyin təhlükəsi yanında küfr əhlinin təhlükəsi əhəmiyyətsiz qalar.
(A9 TV; 22 fevral 2016)





