Mömin, müttəqi bir insanın Allah sevgisi, Allah qorxusu, üzündə həyəcan formasında özünü bəlli edər, görünər, hiss edilər. Lakin ruhu çökmüş, içi çökmüş, zehni çökmüş bir insanda bunu görmək qeyri-mümkündür. Çünki Allah ilə əlaqəsini kəsdiyi üçün qafildir. Qafil olduğu üçün də həyəcanı yox olmuşdur.
(A9 TV; 6 mart 2016)
Mömin cihad, yəni cəhd etmə şövqü ilə həyəcan yaşayar. Əgər bir insanın qəlbində ətalət varsa, qəflət varsa yorğun və laqeyd olar. İçinə qapalıdır. Çünki, din onu maraqlandırmır. Allah qorxusu maraqlandırmır. Allah sevgisi maraqlandırmır. Onun üzünə əks olunacaq həyəcanı olmaz.
(A9 TV; 6 mart 2016)
“Şükür etsəniz” demək, “çox səmimi müsəlman olarsınız” deməkdir. Yoxsa insan marixuana satar, qazanar, şükür edər. Zülm edər, silah satışıyla məşğul olar, şükür edər. Belə deyil. Qurana tam tabe olaraq, səmimi olmaqla şükür edilər.
(A9 TV; 6 mart 2016)
Xızır (ə.s) hərdən insanları imtahan edər, hz. Musa (ə.s)-ı imtahan etdiyi kimi. İnsanlar onun imtahan etdiyini anlaya bilməz. Həm öyrədər, həm də imtahan edər.
(A9 TV; 6 mart 2016)
Peyğəmbərimiz (s.ə.v)-in baxışları çox kəskin idi. Niyə? Çünki, qəlbi həmişə Allah ilə birlikdə idi. Allahdan qorxurdu. Lakin müşriklər axmaq kimi baxırdılar. Çünki onlar acgöz idilər. Heyvan kimi, heyvanlardan da aşağı mövqedədirlər. Təbii ki, baxışlarında da heyvan görünüşü olur.
(A9 TV; 6 mart 2016)
Allah qorxusu, Allah sevgisi mənasız baxışın yaranmasına mane olar. Allah qorxusuna sahib insanın boş-boş baxmasının heç bir izahı olmaz. Allahdan qorxursa mütləq baxışları dərrakəli, kəskin və diqqətli olar.
(A9 TV; 6 mart 2016)
Qəlb əgər Allah ilə bərabərdirsə, baxışda gözəllik, dərinlik, xoşluq vardır. Lakin Allahdan uzaq qafil qəlbdə, insanın gözü dərhal bunu bəlli edər. Allah ayədə bunu bizə deyir: “əgər istəsəm onları simalarından tanıyarsan”. Sima dedikdə, baxışı nəzərdə tutulur. Baxışdakı mənasızlığın səbəbi, ruhunun boş olmasıdır.
(A9 TV; 6 mart 2016)
Biz Bədiüzzamanı sevirik, niyə sevirik? Fədakarlığından ötrü sevirik. Yoxsa geriyə nə qalardı? Sunqur Ağabəyi əziyyət çəkdiyi üçün sevirik. Bədiüzzamanın tələbəsi olan digər Ağabəylərdən də sevdiklərimiz var, lakin çəkdikləri əziyyətlərə görə sevirik. Az əziyyət çəkəni daha az sevirik. Çox əziyyət çəkəni daha çox sevirik.
(A9 TV; 6 mart 2016)
Rəsulullah, Rəsulullah olsa da çəkdiyi əziyyətin həddi-hüdudu yoxdur. Allah “Həbibim” deyir, Peyğəmbərimiz (s.ə.v)-i heyrətamiz dərəcədə sevir. Lakin bu üstünlüyündən ötrü sevir.
(A9 TV; 6 mart 2016)
Şəhidlik gözəl nemətdir, lakin cəhd də çox gözəldir. Yəni illərlə, məsələn, 60 il, 70 il, 80 il ömrünü cihadla keçirmək çox gözəldir. Bunun savabı təsvir edilməzdir, çünki bu cür olduqda vəlayət mərtəbələrinə çıxılır.
(A9 TV; 6 mart 2016)





