Həmişə ağlamağı, yas tutmağı təşviq edirlər. Millət olaraq çürüyərik, bu çox təhlükəlidir. Mömin ağlamamalıdır, küfr, dəccal tərəfdarları ağlasın. Mömin gülməlidir, şən olmalıdır. İmanlı millətimizi kədərlə, yasla, qorxuyla, ümidsizliklə, sıxıntıyla, əsəb pozğunluğuyla və ruhi xəstəliklərlə çürütmək istəyirlər. Buna icazə verməyək.
(A9 TV; 10 aprel 2016)
Mömin şən olmalıdır, sevincli olmalıdır. İnsan zəif yaradılmışdır, ayə var. Sən zəif bir varlığı gecə-gündüz kədərləndirsən, qorxutsan, narahat etsən, ümidsizliyə salsan, şövqünü yox etsən, həyəcanını yox etsən, əqli sağlamlığını korlasan, bədən tarazlığını da pozarsan.
(A9 TV; 10 aprel 2016)
Şəhid cənazələrində təkbirlər çox coşğulu olmalıdır. Mücahid ruhunu vurğulayan, cəhd ruhunu vurğulayan və qətiyyən hüzn hiss etdirməyən təkbirlərlə şəhidlərin ruhu yola salınmalıdır.
(A9 TV; 7 aprel 2016)
Hüceyrələrin atomları tək-tək tutması, tam ehtiyacları olan nisbətdə dəmiri, sinki, kalsiumu alması başlı-başına bir iman həqiqətidir.
(A9 TV; 5 aprel 2016)
Millət mövhumatdan usandı. Daşlayaraq qadın öldürmələr, namaz qılmayanı kəsmələr. Qorxunc İslam anlayışına qarşı nur kimi aydın İslam anlayışını izah edirik.
(A9 TV; 5 aprel 2016)
Ənənəvi, qaranlıq İslam anlayışına qarşı İslamın aydın, müasir üzüyük, fəxr ediləsiyik. Müsəlmanların rahatlıqla, qəlb rahatlığı ilə nümunə göstərə biləcəkləri bir cəmiyyətik.
(A9 TV; 5 aprel 2016)
Qarşıdurma bölgələrində əsgərlər və polislərin keçid yollarına tez-tez məlumat verə biləcək insanlar yerləşdirilsin ki, yol üzərində ola biləcək təhlükəyə qarşı tədbir alına bilsin.
(A9 TV; 5 aprel 2016)
Təcavüzə məruz qalan bir qadın əsla ləkələnməz. Əsla özünü əzik, günahkar hiss etməməlidir. Bizə görə tərtəmizdir.
(A9 TV; 5 aprel 2016)
Darvinist təhsil olduğu müddətcə qadın cinayətləri də davam edər. Çünki darvinist fəlsəfə qadınları alçaldır. İnsanlarda Allah sevgisi buraxmır, mərhəmət buraxmır, şəfqət buraxmır. Təkcə imanlı nəsillər qadını sevməyi bacarar. Bu da mehdiyyət dövründə olacaq.
(A9 TV; 5 aprel 2016)
Terrorun əsasında darvinist təhsil var. Xahiş edirik hökumət bunu dayandırsın, darvinist təhsili dayandırsın. Darvinizm, Allahı inkar etmə fəlsəfəsidir. Gəncləri elmi və doğru məlumatlarla yetişdirək.
(A9 TV; 5 aprel 2016)





