Müsəlmanın heç vaxt sıxılmaz, “işim gücüm yoxdur, nə edim?” deməz. Bu münafiqdə olar, küfr əhlində olar, möminin bir dəqiqə belə vaxtı olmaz. İşlərini vaxt itkisi olmadan edər. Çox həyəcanlı, aktiv həyatı var. Boş insanın, dava adamı olmayan insanın içi sıxılar. Gedib oyun oynayır, kart oynayır, internetdə oyunlar oynayır, çünki davası yoxdur. İslamın hakimiyyəti onu maraqlandırmır, dünyada axan qanlar, müsəlmanların çəkdiyi əzab da onu maraqlandırmır.

(A9 TV; 28 mart 2016)

Qurandakı bütün peyğəmbərlərin əxlaqına nail olmağa çalışmaq məcburiyyətindəyik. Məsələn hz. Süleyman (ə.s)-ın ehtişamına, onun gözəllik anlayışına, incəsənət və estetika anlayışına heyran olub ona bənzəmək məcburiyyətindəyik. Bəzi müsəlmanlar digər peyğəmbərləri yad hesab edir, bu çox yanlış aspektdir.

(A9 TV; 26 mart 2016)

Bəzi müsəlman qardaşlarımızın xətası, hz. Süleyman (ə.s)-ı, hz. Musa (ə.s)-ı, hz. İbrahim (ə.s)-ı sanki yox hesab edirlər, başa düşmürlər. Halbuki Peyğəmbərimiz (s.ə.v)-in həyatı kimi, onların həyatı da çox əhəmiyyətlidir. Allah, biz onları da nümunə götürək, deyə bildirir.

(A9 TV; 26 mart 2016)

Həmişə Allahın lehinə, dinin lehinə düşünmək lazımdır. Müsəlman, heç vaxt əksinə analiz apara bilməz. Mütləq lehinə aparar. Həmişə hüsnü-zənn edər. Lakin küfr içindədirsə və ya ateistdirsə, araşdırar, o cür düşünə bilər; lakin mömin iman gətirdikdən sonra bu cür olmaz. Həmişə hüsnü-zənlə və həmişə gözəl düşünməlidir.

(A9 TV; 24 mart 2016)

Fiqhdən danışmaqla insanlar iman gətirməz. İman həqiqətlərindən danışmaq lazımdır, Quran möcüzələrindən danışmaq lazımdır. Mövzuların elmi yolla izah olunması lazımdır. Həm ağlın, həm də qəlbin razı salınması lazımdır.

(A9 TV; 24 mart 2016)

Biz Allahdan razıyıq. Allahın etdiyi hər şeyi hikmətlə və gözəl etdiyinə inanırıq. Şəhidlərimizlə də fəxr edirik. Yas tutmuruq, matəmə girmirik. Bunun da şirk olduğunu bilirik. Heç kim, bizi belə çirkin günaha, harama dəvət etməsin.

(A9 TV; 23 mart 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)