İstisnasız bütün canlılarda, Allahın yaratdığı o riyazi müntəzəmlik, o həndəsi mükəmməllik, o qızıl nisbət Allahın möhürü olaraq var.
(A9 TV; 12 aprel 2016)
Dünyanın harasına getsək, hər yerdə Allahın mükəmməl yaratma sənətini görürük. Axirətdə bütün bu nemətlərə, gözəlliklərə görə sorğu-sual olunacağıq.
(A9 TV; 12 aprel 2016)
Musiqi həyatın çox mühüm nemətidir. Ənənəvi İslam anlayışı musiqini qadağan edir. Harada gözəl şey varsa qadağan edir. Niyə qadağan edirsən? Kimə nə zərəri var musiqinin, haradan çıxardırsan? Ayədə yoxdur, Quranda yoxdur. Niyə xurafat çıxardırsan?
(A9 TV; 12 aprel 2016)
İslamı yaşanmayacaq hala gətirdilər. İslamofobiyanı yaydılar. Dünyanın bir çox yerində insanlar İslamdan və müsəlmanlardan sanki nifrət edər vəziyyətə gəldilər. Bunun səbəbkarı, ənənəvi Ortodoks İslam anlayışıdır. Bunu elmlə, irfanla, Quranın həqiqətləri ilə aradan qaldıracağıq.
(A9 TV; 12 aprel 2016)
Qurandakı İslam onsuz da mötədil İslamdır. Biz Qurandakı İslamın yaşanmasını istəyirik. Qurana, nə bir şey əlavə edilsin, nə də çıxarış edilsin. Qurana tam tabe olaq deyirik.
(A9 TV; 12 aprel 2016)
“Diqqət” asanlıqla qapana bilən şeydir. Diqqət yetirsəniz Peyğəmbərimiz (s.ə.v)-in danışıqları həmişə qısadır, tutarlıdır. Qurandakı mövzular də həmişə belə qısa və tutarlıdır, həmişə hikmət var. Allah Quranda çox mühüm bir mövzunu bir cümlədə bildirir. Mömin də hikmətli, qısa, tutarlı, mənalı, ruha təsir edəcək şəkildə danışmalıdır.
(A9 TV; 10 aprel 2016)
AVM-lər və xəstəxanalar üçün geniş, rahat məscid inşa edilməsini istəyirik. Xüsusilə qadınlara məxsus hissə çox rahat, çox baxımlı, çox gözəl olmalıdır.
(A9 TV; 10 aprel 2016)
Dəccal hüzn, əzab və iztirab gətirər. Cəmiyyətin ümidsizlik, yas içində olmasını, Allaha güvənməməsini, Allahı sevməməsini təlqin edər. “Sizi Allah yaratmadı, təsadüfən yarandınız” deyər. Biz də hər şeyi Allahın yaratdığını, nizam verdiyini, sevginin, gözəlliyin, sevincin əsas olduğunu söyləməklə mükəlləfik və edirik.
(A9 TV; 10 aprel 2016)
Ağlamaq nə deməkdir? “Ey Rəbbim, sənin bu etdiyini mən bəyənmədim” deyirsən. Bu günahdır, üsyandır, tüğyandır, olmaz belə şey. Bilmədən edirsə bu ayrı, lakin bilərək edirsə küfrə düşər Allah qorusun.
(A9 TV; 10 aprel 2016)
Nəşə, sevinc, həyəcan və gözəllik hər yeri bürüyəcək. Biz cəhənnəm pisliyi istəmirik. Cənnət gözəlliyi, cənnət sevinci istəyirik. Mömin heç bir hadisədə Allaha üsyan etməz. Hər şeydə Ondan razı olar. Hər şeydə xeyir görər, hər şeydə təvəkkül edər.
(A9 TV; 10 aprel 2016)





