Vəziyyətini, niyyətini düzəldən bir insana “sən münafiqsən”, “sən daha əvvəl belə idin”, demək olmaz. Düzəldisə əgər son halı əsasdır. Nə gözəl, sevin. Daha əvvəl sən necə idin? Sənin də dindən, imandan heç xəbərin yox idi, Allah hidayət nəsib etdi. İnsan düzəldiyində qəbul olar. Allah qəbul edir, sən onsuz da qəbul etməlisən.
(A9 TV; 14 aprel 2016)
Bəzən münafiq xarakterli insan islah olar. İslah olan nə xoşbəxtdir. Lakin islah olmayan həlak olar.
(A9 TV; 14 aprel 2016)
Münafiq səfil olmağı xoşlayar, modabazlığı xoşlayar. Söz atmalıdır, iyrənclik etməlidir, hadisə çıxarmalıdır, dedi-qodu etməlidir, söz aparıb gətirməlidir. Ruhu bu şeytanlıqdan zövq alar.
(A9 TV; 14 aprel 2016)
Münafiq çirkin azadlıq anlayışına sahibdir. Din olmamalıdır, ibadət olmamalıdır, küfr əhli ilə rahat əlaqədə olmalıdır, modabazlıq etməlidir. İmam bilməz, itaət bilməz, hörmət bilməz. Münafiq bunlardan narahat olar.
(A9 TV; 14 aprel 2016)
Şeytan, nəfs, davakar insanlar, qan tökənlər, döyüşçülər, oğrusu, uğursuzu, hamısı imtahanın bir parçasıdır. “Onlar olmasaydı” deyirlər. Onlar hər zaman olacaq. İmtahanın olduğu hər yerdə onlar olar. Sən ağıl və iradə işlədib onlara səbirlə qarşılıq verməli, onları məğlub etməlisən.
(A9 TV; 14 aprel 2016)
Kənd mühafizəçilərinə çox şəfqət göstərilsin. Mühafizəçilərimiz şəhid edildiyi zaman, yer-göy inləsin. O canlarım həmişə ön cərgələrdə olur. Bunun üçün bu aslanlara, bu qoç igidlərə lazımi şəfqəti, diqqəti, himayəni hər kəsin ən yüksək səviyyədə göstərməsi lazımdır.
(A9 TV; 13 aprel 2016)
Din sevincdir, xoşbəxtlikdir, gözəllikdir, keyfiyyətdir.
(A9 TV; 13 aprel 2016)
Ailələrə şəhidlik xəbəri veriləcəyi zaman, əvvəlcədən mənəvi cəhətdən hazırlanmaları lazımdır. Şəhidliyin böyük şərəf olduğu, şəhidlərin Allah qatında sağ olduğu, əgər buna inanmasaq, təvəkkül etməsək bunun haram olacağı gözəl şəkildə izah edilməlidir. Rəbbimiz nə edərsə gözəl edər deyilməlidir.
(A9 TV; 13 aprel 2016)
Sevgisizlik insanlarda dəhşətli həddə çatıb. Döyüşlər, idman oyunlarındakı hadisələr. Bu nədir belə? Dövlət “milli şüur” dərsini tezliklə dərsliyə daxil etsin. Gənclər şüurlu surətdə, mənəvi dəyərlərlə çox gözəl yetişdirilsin.
(A9 TV; 12 aprel 2016)
Dünyanın harasına getsəniz, bütün canlılarda mükəmməl rəngləndirmə, mükəmməl forma, mükəmməl ürəkaçıcılığın hakim olduğunu görərsiniz. Bunun heç bir izahı yoxdur. Allahın heyrətamiz gücüdür.
(A9 TV; 12 aprel 2016)





