Şeytanı tanımalıyıq, münafiqi, küfrü anlamağa çalışmalıyıq. Müsəlmanlara nə cür zərər verə bilərlər, bunları bilməyə çalışmalıyıq. Nisa surəsinin 104-cü ayəsində bu bir ibadət olaraq Allah tərəfindən müsəlmanlara əmr edilib.
(A9 TV; 23 aprel 2016)
Çiçəklərin gözəlliyi, məsumluğu, təmizliyi, incə sənəti Allahın üstün əxlaqını insanlara göstərir.
(A9 TV; 20 aprel 2016)
“Kutül Amarə” tariximizin mühüm zəfərlərindən biridir. Belə mübarək bir zəfərin unudulmasına icazə verilməməlidir.
(A9 TV; 20 aprel 2016)
Hazırda Cənub-Şərqi Anadolu bölgəsindəki tikililər strateji cəhətdən PKK-nın girməsinə çox əlverişlidir. Bir-birinə bitişik, hamısı bir-birinə bağlı və dar küçələr var. Lakin geniş prospektlər, rahat evlər bir-birindən ayrı-ayrı inşa edilsə, PKK ora necə girə bilər? Hamısı tutularlar.
(A9 TV; 20 aprel 2016)
PKK-nın, Birləşmiş Millətlər Təşkilatının terrorist siyahısında olmaması qalmaqaldır. Hökumət bu mövzuya əl atsın. Bu siyahıda Əl-Qaidə var. Əl-Qaidə 4-5 min insanın ölümünə səbəb olub, PKK on minlərlə insanın şəhid olmasına səbəb olub, siyahıda yoxdur. Məhz bu İngiltərə dərin dövlətinin bir oyunudur. Buna son qoyulmalıdır.
(A9 TV; 19 aprel 2016)
Zorakılığı təşviq etmək qəhrəmanlıq deyil. İslamda zorakılığa əsaslanan mübarizə yoxdur. Sülh içində qardaş kimi yaşamaq lazımdır.
(A9 TV; 19 aprel 2016)
Mehdiyyət üslubundan istifadə etmək bərəkət gətirər. Allah Mehdini sevəni qoruyar.
(A9 TV; 19 aprel 2016)
Uydurmalar, xurafatlar terroru qidalandırar. Quran terroru aradan qaldırar, yox edər.
(A9 TV; 19 aprel 2016)
İslam terroru aradan qaldırmaq üçün gəlmişdir. İslamın, Quranın vəzifəsi terroru aradan qaldırmaqdır. Allah bunun üçün peyğəmbər göndərmişdir, bunun üçün Quranı nazil etmişdir. Həmçinin İslam o dövrdə həmin bölgədəki terroru aradan qaldırmışdır. Bu əsrdəki terroru da, yenə İslam aradan qaldıracaqdır.
(A9 TV; 19 aprel 2016)
Obama kommunist düşüncəyə sahib bir ailə mühiti içində yetişmiş, kommunist partiya ilə ortaq fəaliyyətləri olmuşdur. PYD/PKK-ya dəstək verməsinin səbəbi budur.
(A9 TV; 19 aprel 2016)





