Küfrdə azadlıq yoxdur. İslamda azadlıq var. Fironda, Nəmrudda azadlıq yox idi, lakin Rəsulullah (s.ə.v) dövründə azadlıqlar tam idi. Xristianlar da, musəvilər də sərbəst idi. Həmçinin sevgi, şəfqət, diqqət və qayğı görürdülər. Hər mövzuda qorunub himayə olurdular. Lakin Firon hər kəsi əzirdi.
(A9 TV; 27 aprel 2016)
Dünyəvilik, Quranda hakim olan düşüncə formasıdır. Allah ayədə, “de: Sizin dininiz sizə, mənim dinim mənədir, deyir”, (Kafirun surəsi, 6). Məhz bu ayə dünyəviliyin qısa xülasəsidir.
(A9 TV; 27 aprel 2016)
Terrorist olmağın sərbəstliyi olmaz. Zülm etməyin sərbəstliyi olmaz. Əxlaqsızlığın sərbəstliyi olmaz. Pislik etməyin, alçaqlığın sərbəstliyi olmaz. Lakin hər kəs inancında sərbəst olmalıdır, dindar və sərbəst olmalıdır.
(A9 TV; 27 aprel 2016)
“Dünyəvilik demək; dinsiz də rahat yaşayacaq, xristian da, musəvi də rahat yaşayacaq, müsəlman da rahat yaşayacaq deməkdir; inanclarına mane olmayacaqsan. Heç kim başqasını məcbur etməyəcək, təzyiq göstərməyəcək. Dünyəviliyin mənası budur. Hər kəsin həyat tərzi sərbəst olmalıdır.”
(A9 TV; 27 aprel 2016)
Bütün peyğəmbərlər dövründə edilən alçaq hərəkətlərin, hər dövrdə peyğəmbərlərin mübarizə apardığı alçaq hərəkətlərin min qatı var hazırda. Həmçinin Allah bu bəlanı aradan qaldırmaq üçün Xatəmə vəli olan İmam Mehdi (ə.s)-ı və bütün xristian və müsəlman aləminin sevgilisi olan həzrəti İsa Məsihi göndərir.
(A9 TV; 26 aprel 2016)
Peyğəmbərimiz (s.ə.v) ölən birinin ardından yas tutmağı haram etmişdir. Təvəkkül etməmək, Allahın etdiyinə razı olmamaq haramdır.
(A9 TV; 25 aprel 2016)
Şəhidlərimizə yas tutmağı təşviq edənlər bilmədən PKK-nın istəyini reallaşdırmış olurlar. Halbuki, PKK-nın hədəfini yox etməlisiniz. Tam tərsini etməlisən. Ağlayın deyirsə, gülməlisən. Musiqi dinləməyin deyirsə, dinləməlisən. Sevinməyin deyirsə, sevinməlisən. Həyat dayansın deyirsə, həyatı canlandırmalısan.
(A9 TV; 25 aprel 2016)
Dəccal Allahsız, dinsiz, homoseksual bir dünyanı hədəfləyir. Bunun edilməsinə imkan verməyəcəyik. Dəccal bunu edə bilməyəcək və məğlub olacaq. Görəcəksiniz, şam kimi əriyəcək. İsa Məsih və Mehdi (ə.s)-ın vəsiləsi ilə Allahın icazəsi ilə yerlə-yeksan olacaq. Elmlə, irfanla, sevgiylə, doğru bilgi ilə, qanunla, hüquqla bu fitnəni yox edəcəyik.
(A9 TV; 25 aprel 2016)
Dəccal uşaqları qətlə yetirir, şəhid edir. Milyonlarla müsəlmanı şəhid etdi. Milyonlarla müsəlmanı darvinizmlə, ateist, dinsiz hala gətirdi. Minlərlə müsəlmanı da homoseksual etdi. Həmçinin dünyada bunu qanuni və leqal hala gətirməyə çalışır.
(A9 TV; 25 aprel 2016)
Dəccal təməl xüsusiyyətləriylə hazırda ortaya çıxdı. Cinayət, müsəlmanları yox etmə, müsəlmanları bir-birinə qırdırmaq dəccalın xüsusiyyətləridir. Allahsızlıq, Allah düşmənçiliyi, darvinist düşüncə, homoseksuallıq da dəccalın ən mühüm hücumlarıdır.
(A9 TV; 25 aprel 2016)





