Kişilər arası əlaqə əbədiyyən haramdır. Dünyanın ən başından etibarən həmişə haram olmuşdur və sonsuza qədər də haram olacaq. Allah belə bir çirkinliyi əsla qəbul etmir.
(A9 TV; 25 aprel 2016)
Heç bir şəhidin, heç bir aslanımın yola salındığı yerə ağlayanlar gəlməsin. Onsuz da PKK-nın istədiyi budur. Heç istəməsələr də, bu PKK təbliğatı olur. Başı uca, qoçu, dəliqanlı olanlar gəlsin. Ağlayanlar ayrı yerdə olsunlar.
(A9 TV; 25 aprel 2016)
İŞİD-ə qarşı türk millətini qızışdırıb müsəlmanları bir-birinə qırdırmaq istəyirlər. Biz buna daxil olmarıq. Tutaq ki, İŞİD yanlış yoldadır. Lakin onlar Mehdi (ə.s) ilə düzələcəklər. Təhsillə düzələcəklər. Bizim onların kökünü kəsmək, asıb-kəsmək kimi bir yolumuz qətiyyən olmaz və olmayacaq. Bunu unutsunlar.
(A9 TV; 25 aprel 2016)
Küfrdən gələn bir insan, küfrdəki mayası qaldısa adam olmur. Bu maya yenə onu bürüyür. Yenə o dəli ruha qayıdır, o anormal ruha qayıdır. Lakin bu mayadan tamamilə xilas olsa həqiqətən tərtəmiz olur.
(A9 TV; 24 aprel 2016)
Özünü böyük görəni Allah kiçildir. Özünü kiçik görəni də Allah böyüdür. Mömində eqoistlik olmaz, böyüklük hissi olmaz.
(A9 TV; 24 aprel 2016)
Nəyisə bildiyini güman edən insan, çox az şey bildiyini başa düşməlidir. Bu məlumatı da ona verən Allahdır. “Mən ən böyüyəm, mən ən ağıllıyam, mən ən gözələm” iddiası yanlışdır. Həmişə başqasını tərifləmək gözəldir. Belə olan insan gözəlləşər.
(A9 TV; 24 aprel 2016)
Biliyi olub da, sevgisi yoxdursa, bu insan məhv olar. Sevgi həyatdır.
(A9 TV; 24 aprel 2016)
İnsan bilik sayəsində vəhşi ola bilər. Məsələn, kommunist, stalinist, terrorist ola bilir. Lakin sevgiylə belə olmur, sevgiylə insan olur. Allahdan qorxur, Allahı sevir, insanları sevir. Biliklə sevginin birləşdirdiyi vaxt, ortaya möhtəşəm bir şey çıxır.
(A9 TV; 24 aprel 2016)
Qəlbləri hər cür həssaslıqdan məhrum olanlar, mərhəmət nədir bilməzlər, incəlik nədir bilməzlər, Allahın dərin sənətini görə bilməzlər. İnsanların nəyi xoşladığını, nədən narahat olduğunu bilməzlər.
(A9 TV; 23 aprel 2016)
Münafiqi, kafiri nəzarət etməliyik, analiz etməliyik. Niyə bu vəziyyətə düşüblər, çarə nədir, nə edilə bilər, necə razı sala bilərik, necə danışa bilərik? Səhvləri nələrdir? Müsəlmanlar üçün hansı mövzuda pis düşünürlər? Necə zərər verə bilərlər? Necə bir oyun oynaya bilərlər, necə tələ qura bilərlər? Bunların araşdırılmasının fərz olduğunu Nisa surəsinin 104-cü ayəsi mühüm ibadət kimi bizə bildirir.
(A9 TV; 23 aprel 2016)





