Peyğəmbərimiz (s.ə.v) Meracda hz. Mehdi (ə.s)-ı görmüşdür. Allahdan; “Ey Rəbbim bu şəxs kimdir?” deyə soruşmuşdur; Allah da; “bu Mehdidir. Mən onu sevirəm, sən də onu sev” deyə buyurmuşdur.
(A9 TV; 3 may 2016)
PKK-nın etdikləri bu qədər aşkar olduğu halda, hər gün əsgərimizi, polisimizi şəhid etdikləri, hər yerdə bombalar partlatdıqları halda, silah gücümüzü, tankımızı, topumuzu, imkanlarımızı bunların sursatlarına zərər vurmaqda istifadə etmək əvəzinə, İŞİD-ə qarşı istifadə etsək çox böyük səhv edərik.
(A9 TV; 2 may 2016)
Türkiyədə darvinist təhsil ləğv olunsa, bütün Türk aləmində, İslam aləmində hər kəs darvinist təhsili ləğv edər. İlk cəsarət lazımdır. Hökumət “bismillah” deyib başlasın. Təsadüfə qarşı Yaradılışı müdafiə edəcəklər.
(A9 TV; 2 may 2016)
Türkiyədə darvinist təhsil ləğv olunsa, bütün İslam aləmi cəsarətlənər. Elmi yolla yaradılışın müdafiə olunması çox mühüm fəaliyyət olar.
(A9 TV; 2 may 2016)
Hz. Süleyman çox zəngindi, lakin bütün bu zənginlik ona Allahı xatırladırdı. Sarayında atlar, quşlar, balıqlar, hovuzlar… Hər baxan Allaha həmd edirdi. Gözəllik Allahı xatırladar.
(A9 TV; 2 may 2016)
Sən kasıba mal paylayırsansa, kilo ilə niyə verirsən? Gücünün çatdığı qədər ver, göndər. Geyim, yemək insana daşıya bildiyi qədər ver. Niyə çəkirsən? Niyə qramla ölçürsən? Paylayarkən qramla ölçmək, tərəziyə qoymaq İslam əxlaqına yaraşmaz. Ovuc-ovuc paylamalısan. Bol-bol paylamalısan.
(A9 TV; 2 may 2016)
Mal paylayarkən hesaba vurmaq, qrama, ölçüyə vurmaq möminə yaraşmaz. Mömin malını hesabsız verər, gözəlliklə verər, verdiyinin ardınca danışmaz.
(A9 TV; 2 may 2016)
İman həm dünyada, həm də axirətdə nemətə nail edən gözəllikdir. Lakin biz Allaha dünyada və axirətdə nemət versin deyə iman gətirmirik; varlığı açıq həqiqət olduğu üçün qəti olaraq, haqqəl-yakin iman gətiririk, aşiq olduğumuz, çox sevdiyimiz üçün iman gətiririk. Allahın rizası üçün yaşayırıq.
(A9 TV; 1 may 2016)
Rumların, musəvilərin varlığı gözəllikdir. Onlar da bu ölkənin bəzəyidir, hamısı bizim qardaşımızdır. İslam ölkələrində musəviyə rast gəlmək demək olar qeyri-mümkündür. Halbuki hər yerdə olsunlar, hər yerdə rahat yaşasınlar.
(A9 TV; 30 aprel 2016)
Cəhənnəm əhli ağılsız olduğu üçün cəhənnəmdən çıxış yolu olacağını zənn edər və həmişə özlərini alçaldarlar.
(A9 TV; 30 aprel 2016)





