Kommunist, stalinist düşüncəyə qarşı; “gəlin, ananızın şorbasını için” deyərək mübarizə aparmaq olmaz. Mübarizə, bu ideologiyaların əsassızlığını elmi cəhətdən izah etməklə olar.
(A9 TV; 11 iyun 2016)
Allahın istədiyi Özünü sevdirmək, Özünə diqqət çəkmək və bizi imtahan etməkdir. İnsanlar əziyyəti görmədən gözəlliyin qiymətini bilmir.
(A9 TV; 11 iyun 2016)
Əgər insanlar Allaha qulluq şüurunda olsalar, Allahı çox sevsələr dünyada anarxiya qətiyyən olmaz. Ağlasığmaz zənginlik olar, hüzur içində yaşayarlar.
(A9 TV; 11 iyun 2016)
İnsanların bir çoxu Allaha qarşı, haşa laqeyd olduğu, nemətə baxmayaraq, Allahı sevmədiyi üçün Allah intiqam alır. Allahı çox sevsələr dünya cənnət olar.
(A9 TV; 11 iyun 2016)
Heyrət edəcək şəkildə insanlar Allahdan uzaqdırlar. Öz aləmində, kefində, zövqündə, münafiqliyə dəhşətli dərəcədə meyl edirlər. Normal vicdanı olan insanın, müsəlmanlar belə əzilərkən, iztirab çəkərkən laqeyd olması qeyri-mümkündür.
(A9 TV; 11 iyun 2016)
Çox az insan Allahın üzərində cəmləşə bilir. Belə olduqda da Allah müsibət, fəlakət, iqtisadi böhran yaradır. Yoxsa insanlar çox rahat və hüzurlu yaşayarlar.
(A9 TV; 11 iyun 2016)
İnsanlar ancaq fəlakətlə, böyük hadisələrlə açılırlar. Böyük hadisələr olmadan böyük dəyişmələr olmur. Keyləşir insanlar, donurlar, Allahdan uzaqlaşırlar, sadəcə yaşamaq üçün səy göstərirlər.
(A9 TV; 11 iyun 2016)
İslam Birliyi üçün, əvvəlcə darvinist materialist düşüncə aradan qalxmalıdır. Dövlətin, təhsil müəssisələrində, hər yerdə elmi izahat verməsi lazımdır. İman həqiqətlərindən, Quran möcüzələrindən bəhs edilməli, imanla, Quranla meydana çıxılmalıdır.
(A9 TV; 10 iyun 2016)
İslam aləmini bu vəziyyətdə birləşdirsən də nəticə əldə edə bilməzsən. Çünki əvvəlcə sevgi yaranmalıdır. Sevginin yaranması üçün də, Mehdi (ə.s) zühur etməlidir. Allah bunu ondan asılı etmişdir.
(A9 TV; 10 iyun 2016)
Bir şey barəsində inşaAllah deyilməsi; “bəlkə olar, bəlkə də olmaz, şübhəlidir” mənasında deyil. “Sabah mən bu işi görməyə qəti qərarlıyam, lakin Allah icazə versə, taledə varsa” mənasındadır.
(A9 TV; 10 iyun 2016)





