Müsəlmanların ağıllı, üstün, keyfiyyətli, mədəni, yaraşıqlı, zəngin, müasir olmasına bütün dünya alışacaq. Hər şeyin ən gözəli müsəlmanlar üçündür.
(A9 TV; 13 iyun 2016)
Hz. Mehdi (ə.s)-a bütün gücü verən Allahdır. Hz. Mehdi (ə.s) aciz və möhtac olduğunu bilər. Hz. Mehdi (ə.s)-da meydana gələn bütün hadisələr Allahın gücüdür. Sən onu şəxsinə aid etməyə təşəbbüs etsən, o zaman təbii ki, gözündə çox böyütmüş olarsan. Gözündə böyüdəcəyin, təkcə Allahdır. Böyük olan Allahdır.
(A9 TV; 13 iyun 2016)
Dünyadakı çətinliklər güclü imanın və Allah sevgisinin göstərilməsi üçün lazımdır. Çətinliklərin nemət tərəfini görüb Allaha həmişə şükür etmək lazımdır. Hz. Musa (ə.s)-ın imtahanındakı çətinliklərin hər biri Allahın onu sevməsi üçün vəsilə oldu.
(A9 TV; 13 iyun 2016)
Türk-Kürd döyüşü yoxdur. PKK-lı terrorçularla əsgərin, polisin özünü müdafiə etmə mübarizəsi var. Türk-Kürd döyüşü haradadır? Kürd baş tacıdır. Biz Kürd qardaşlarımızı PKK-nın əlindən alıb qurtardıq.
(A9 TV; 13 iyun 2016)
Allahın göndərdiyi Kitabda, Qurani Kərimdə homoseksuallıq iyrənc hərəkət kimi göstərilir. Biz də müsəlman olaraq iyrənc hərəkət kimi görürük və bunu bildiririk. Yoxsa insanların əzilməsi, döyülməsi, təhqir edilməsi, zorakılıqla üzləşməsi tərzində tələbimiz olmaz. Əksinə bunu edənləri şiddətlə qınayırıq.
(A9 TV; 13 iyun 2016)
Peyğəmbərimiz (s.ə.v) Mehdi barədə; “mehdiyül dem” deyir, yəni “qan dayandıran Mehdi”. Hazırda dəccal qan tökməyə davam edir. Qısa müddət sonra bu tökülən qanlar tamamilə dayanacaq. Bunun səbəbi də, “imam Mehdi” olacaq” deyir Peyğəmbərimiz (s.ə.v). Bunu hamımız birlikdə görəcəyik.
(A9 TV; 13 iyun 2016)
Keyfiyyət və incəsənət nazirliyi yaradılsın. Hər şeydə keyfiyyəti əsas götürək. İnsan keyfiyyətini əsas götürək; davranış keyfiyyətini, xarakter keyfiyyətini. Hər mövzuda sənayedə, texnologiyada, elmdə, ədəbiyyatda, incəsənətdə keyfiyyəti əsas götürək. Dünyanın bütün dövlətləri bizə heyran olar, bu zaman özləri bizimlə birləşmək istəyərlər.
(A9 TV; 12 iyun 2016)
Amerikanı da, Almaniyanı da, dünyanı da yönləndirən həmişə İngiltərə dərin dövlətidir. Böyük Orta Şərq layihəsinin sahibi də İngiltərə dərin dövlətidir. Onlar ortaya atmışdır. Amerikaya da bunu tətbiq etdirməyə çalışırlar. O biçarələrdən istifadə edirlər. Məsələ budur.
(A9 TV; 12 iyun 2016)
Kürdlərin dindarlığı, məzlumluğu, gözəl əxlaqı İngiltərə dərin dövlətini narahat edər. Onların nifrət etdiyi bir cəmiyyətdir, məzlum kürd qardaşlarımız. Bir hissəsini PKK-ya çəkirlər, bir hissəsini cinayət işlətmək üçün təşviq etməyə təşəbbüs edirlər. Kürd qardaşlarımız bu oyuna gəlməz.
(A9 TV; 12 iyun 2016)
Qurandakı müsəlmanlıq sülh dinidir, sevgi dinidir. Heç kimin inancına, fikrinə müdaxilə yoxdur. Kim nə edirsə etsin şəxsi cəzalandırma olmaz, həmişə qanun və hüquqla hərəkət edilər.
(A9 TV; 12 iyun 2016)





