Münafiq həmişə başçı olmaq istəyər. Yəni ən mühüm insan olmaq istəyər. Ən çox diqqəti çəkən insan olmaq istəyər. Həmçinin bütün ömrünü, bütün planını da bunun əsasında qurar. Müsəlmanlara yanaşma səbəbi də budur.

(A9 TV; 8 iyun 2016)

Münafiqin oğru olmasının səbəbi, haqqı olmadığı halda onu almış olmasıdır. Çünki normalda möminin malı möminə məxsusdur. Lakin o küfr içində bir məxluq olduğu üçün, şeytan olduğu üçün mömin onsuz da şeytanı bəsləmək istəməz. Buna görə də, onun bütün yeyib-içdiyi oğurluq malı olmuş olur.

(A9 TV; 8 iyun 2016)

Münafiq ayələrini oxuyarkən, qarşıdakı hər hansı qüvvə deyil də, özümüzün də münafiq ola biləcəyimizi düşünərək, ayələri özümüzə aid edərək, Allahdan qorxaraq özümüzü tərbiyə etməliyik. Münafiq onsuz da bu ayələrlə heç maraqlanmaz. O yeni oyunlar axtarar.

(A9 TV; 8 iyun 2016)

Nəfs və şeytan Allaha düşmən yaradılmışdır. Lakin hər ikisi də möminin cənnətinə vəsilə olarlar. Münafiq də belədir. Möminin cənnətinə vəsilə olar. Bu həqiqəti bilərək, münafiqə baxılmalıdır.

(A9 TV; 8 iyun 2016)

Münafiqin üzü bir cəhənnəm insanının üzü kimidir, dili də şeytan dili kimi çox acıdır. Onunla öz aləmində müsəlmanlara zərər vermək istəyər. Lakin tam əksinə bu müsəlmanda, dəhşətli dərəcədə oyanıqlıq, canlılıq, fəallıq və çevikliyə səbəb olar. Heç bir zərər verə bilməz.

(A9 TV; 8 iyun 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)