İnsanları güllələmək, məkanları bombalamaq, bunlar vəhşilikdir. Hər cür zorakılığa qarşıyıq. Müsəlman dəhşəti, vəhşəti qəbul edə bilməz.
(A9 TV; 12 iyun 2016)
İstər homoseksual olsun, istər oğru olsun, istərsə də qatil olsun, bir insanın digər insanı öldürmə haqqı yoxdur. Qanun, hüquq var. Problemlər qanun və hüquqla həll edilər.
(A9 TV; 12 iyun 2016)
Arılar, hörümçəklər yaxşı düşünüldüyü təqdirdə insanın nəfəsi kəsilər, lakin az düşünülsə olmaz. O zaman insanın üfüqü daralar, imanı da zəifləyə bilər. Baxış bucağı xeyli kiçilər. Bir qəflət halı, bəsirətsizlik, fərasətsizlik halı insanın üzərinə çökə bilər. Buna görə də, iman həqiqətlərini həmişə xatırlamaq, dərin düşünmək, yadda saxlamaq lazımdır.
(A9 TV; 12 iyun 2016)
Quranda, Allahın təhdidi var; inşaAllah maşaAllah deyilmədikdə Allahın əzab verəcəyi bildirilir. Bir insan; “maşaAllah” demədiyi üçün Allah bütün malını, mülkünü əlindən alır. Lakin inşaAllah, maşaAllah deyildiyi zaman, Allah bərəkət, bolluq və fərahlıq verir.
(A9 TV; 11 iyun 2016)
İnşaAllah, maşaAllah zikrlərinin sirrini bilənlərə Allah zənginlik, bərəkət, sağlamlıq, səhhət, can sağlığı verir, gözəllik, hakimiyyət verir. Hər cəhətdən müvəffəqiyyət verir.
(A9 TV; 11 iyun 2016)
İnkarçıların lağ etməsindən çəkinib inşaAllah demirlər. İnsanlara xoş görünmək üçün Allahın rizasını unudurlar. O zaman da Allah bəla verir.
(A9 TV; 11 iyun 2016)
Muxtariyyət, federasiya; kürd qardaşlarımızla aramıza sərhəd qoymaq, onları çox sərt coğrafi şərtlərlə həbs etmək və marksist despotluğa təslim etmək deməkdir.
(A9 TV; 11 iyun 2016)
Deyirlər ki; “Mehdi gözləmək tənbəllik yaradar”. Musəvilər dünyanın ən çalışqan millətidir. 3500 ildən bəri hz. Mehdi (ə.s)-ı, Moşiyahı gözləyirlər.
(A9 TV; 11 iyun 2016)
Hədislə hərəkət edildikdə, bir-birləriylə kəskin ziddiyyət təşkil edən məzhəblər ortaya çıxır. İŞİD, Taliban, əl-Qaidə kimi quruluşlar ortaya çıxır. Lakin Quranla hərəkət edildiyi zaman, tək din olur, hər kəs hər şeydə ittifaq halında olur.
(A9 TV; 11 iyun 2016)
Quranın kafiliyinə görə hərəkət edildiyi zaman tək din olur. Hədislə hərəkət edildiyi zaman, 4 ayrı din olur və həmişə döyüş yaşanır.
(A9 TV; 11 iyun 2016)





