İman çox ləzzətlidir və dünyadakı ən böyük nemətdir. İman zəifliyi isə əziyyətdir, ömür boyu iztirabdır.
(A9 TV; 14 iyun 2016)
Yarı imanla yaşamağı qəbul etməmək lazımdır. İnsanlar anadan, atadan iman öyrənirlər, onu sonuna qədər davam etdirmə zehniyyətində olurlar. Bu cür olmaz; təhqiqi, çox güclü, dərin sevgiyə əsaslanan iman olmalıdır.
(A9 TV; 14 iyun 2016)
Ən mühüm məsələ axirətdir. Dünyaya çox aludə olurlar. Dünya tamamilə boşdur, yəni göz açıb yumana qədər keçir və çox çətin imtahan yeridir.
(A9 TV; 14 iyun 2016)
Allahın qədrini layiqincə təqdir edə bilmək üçün dua etmək lazımdır. Allahdan, sənətini yadda saxlamaq üçün yaxşı yaddaş, qədrini layiqincə təqdir etmə qabiliyyəti, sənətini gözəl görmə və heyran olma qabiliyyəti istəmək lazımdır.
(A9 TV; 14 iyun 2016)
Allah sevgisi, məşəqqət, səbir, ruhu çox gözəlləşdirdiyi zaman, insan cənnətdə Allahın təcəllisini gördüyü üçün, Allahı sevdiyi üçün çox güclü zövq alır. Buna görə də, dünyadakı hər 5-10 dəqiqə belə təhsil baxımından çox əhəmiyyətlidir.
(A9 TV; 14 iyun 2016)
Dərin sevgi olmasa cənnətin mənası olmaz. Buna görə də, Allah dünyada çətin imtahan və köklü təhsil verir.
(A9 TV; 14 iyun 2016)
Münafiq çox kinlidir. Münafiqi dik saxlamaq, külü götürüb dik saxlamaq kimi çətindir. Hər an aşar münafiq, tarazlıqda saxlamaq çox çətindir. Çünki qəlbi şeytanla ittifaq halında olduğu üçün əxlaqsızlıq, pislik etməmək üçün özünü çətin saxlayar və ən kiçik fürsətdə də pisliyini etməyə cəhd edər.
(A9 TV; 13 iyun 2016)
Münafiq İslamdan, Qurandan bəhs edildiyi zaman, çox sıxılar. Facebookda baxar; birisi həmişə Allahdan, Qurandan bəhs edirsə, münafiq orada sıxılar, lakin orada boş şeylər, onu əyləndirəcək şeylər varsa bu münafiqin xoşuna gələr.
(A9 TV; 13 iyun 2016)
Müsəlmanların üstün və keyfiyyətli olmasına alışacaqsınız. Bəziləri əyləncənin sırf özləri üçün olduğunu zənn edirdilər. Musiqinin özləri üçün, rəqsin özləri üçün olduğunu zənn edirdilər. Rəqs də müsəlmanlar üçündür, əyləncə də, yeməyin ən gözəli də, evin ən gözəli də, sarayın ən gözəli də müsəlmanlar üçündür.
(A9 TV; 13 iyun 2016)
Müsəlmanların keyfiyyətli və güclü olmasına alışacaqsınız, zənginliyinə alışacaqsınız, ağıllı və yaman olmasına alışacaqsınız, dünya hakimi olmasına alışacaqsınız, elmlə, irfanla küfrü məğlub etməsinə alışacaqsınız, darvinizmi yerlə-yeksan etməsinə alışacaqsınız, dünyada terroru, anarxiyanı tamamilə yox etməsinə alışacaqsınız.
(A9 TV; 13 iyun 2016)





