Qadınlarını əzən, qadınlarına hörmət etməyən, qadınlarının azadlığını yox edən, keyfiyyəti, incəsənəti yox edən hər ölkə həlak olur. Buna çox diqqət yetirsinlər.
(A9 TV; 31 iyul 2016)
Cənnət modelinə sahib olmalıyıq. Allah, dünyanı cənnətə bənzətməyimizi istəyir. Yəni insan ənənəvi ortodoks inancla dünyanı cəhənnəmə bənzətsə; ənənəvi ortodoks inanc avtomatik surətdə cəhənnəm görünüşünü meydana gətirir.
(A9 TV; 31 iyul 2016)
Keyfiyyətin, incəsənətin hakim olduğu heç bir ölkədə dövlət çevrilişi olmur. Keyfiyyətin, incəsənətin olmadığı hər ölkə həlak olur və pərişan olur.
(A9 TV; 31 iyul 2016)
TRT-nin də yer altında ayrı gizli zirzəmiləri, gizli sığınacağı olmalıdır və oradan veriliş yayımlaya bilməlidir. Dövlət çevrilişi təhlükəsi olduqda polad qapılar avtomatik kilidlənməlidir. Həmçinin TRT, iki-üç ayrı yerdən veriliş yayımlaya bilməlidir.
(A9 TV; 31 iyul 2016)
Xüsusi hərəkat binası açıqdır, açıq-aşkar bir binadır və asanlıqla bombardman edilərək çökdürüləcək bir binadır. Halbuki bu binanın yer altında ən az iki misli qurğusu olmalıdır və sığınacağı da olmalıdır.
(A9 TV; 31 iyul 2016)
Xüsusi qüvvələrin – MİT-in, TRT-nin yerin altında da sistemləri olmalıdır. Polad qapıyla yuxarı ilə əlaqə dərhal kəsilməli və TRT yayıma davam etməlidir.
(A9 TV; 31 iyul 2016)
Rəsulullah (s.ə.v)-i şəhid etməyə cəhd etdilər. Hz. Yusif (ə.s)-ı şəhid etməyə cəhd etdilər. Münafiqin azğın bir niyyəti son hədəfi budur. Allahı zikr edərək gələr. Hz. Əli (r.ə)-i şəhid edən münafiq də Allahı zikr edərək hz. Əli (r.ə)-i şəhid etdi. Bu münafiqlər də belədir, Allahı zikr edərək günahsız qardaşlarımızı şəhid etdilər.
(A9 TV; 31 iyul 2016)
Münafiq Allahı zikr edərək ortaya çıxar, lakin müsəlmanların şəhid edilməsini istəyər.
(A9 TV; 31 iyul 2016)
2016 münafiqlərlə mübarizə ilidir, ən başda söyləmişdim. 1916-dan 2016-ya qədər bir keçid oldu. 2016-da sonlanacaq. Yəni münafiqlərin artıq yaşama sahəsi qalmayacaq inşaAllah.
(A9 TV; 31 iyul 2016)
2016-nın münafiqliklə elmi mübarizə ili olacağını söyləmişdim. Bütün Türkiyə bu elmi mübarizənin nə qədər əhəmiyyətli olduğunu gördü.
(A9 TV; 31 iyul 2016)





