İngiltərə dərin dövləti dəccaliyyət olaraq ortaya çıxdı. Nəmruddan və Firondan daha azğın bir təşkilatdır və xeyli güclüdür. Nəmrudun cəmi iki yüz, üç yüz min nəfərlik qüvvəsi var idi, lakin İngiltərə dərin dövləti nəhəng dünyaya hakim oldu.
(A9 TV; 2 avqust 2016)
İnsanlar Dəccalın çıxacağını və bütün insanlardan nifrət edəcəyini elə də təxmin etmirlər, çünki belə anormal bir məxluq olmaz deyə düşünürlər.
(A9 TV; 2 avqust 2016)
İslam aləmi amerikalı insanları İngiltərə dərin dövlətinin bəlasından xilas edə bilər. Dəccalı yox etmək üçün İslam aləmi olaraq birləşməliyik. Rusiya ilə də ittifaq etməliyik. Xilas edəcəyimiz ilk yer də Amerika olmalıdır.
(A9 TV; 2 avqust 2016)
Münafiqlər əsasən çox murdar və səs-küylüdürlər, bağırıb, qışqırıb, ağlayan, yerlərə yatan, rəzalət çıxardan, böhtan atan, çox yalan danışan tam cəmiyyət mikrobudurlar, mikrob belə onlardan üstün olar. Çünki mikrob elə murdarlıq etməz.
(A9 TV; 2 avqust 2016)
Keyfiyyətli ölkələrdə, incəsənətin, estetikanın olduğu ölkələrdə, gözəlliyin hakim olduğu ölkələrdə nə qiyam, nə də dövlət çevrilişi, nə ordunun, nə xalqın, nə də polisin ağlından belə keçmir. Təxəyyül belə edə bilmirlər. Çünki cəmiyyətin hər təbəqəsi məmnun olmuş olur.
(A9 TV; 2 avqust 2016)
Qiyamların və dövlət çevrilişlərin həmişə kökündə cəmiyyətin çox sıxılması vardır. Lakin incəsənətin, estetikanın, keyfiyyətin yüksək olduğu heç bir cəmiyyətdə dövlət çevrilişi və qiyam olmayıb və olmur.
(A9 TV; 2 avqust 2016)
Heç bir dövrdə keyfiyyətin, incəsənətin ortadan qalxmasıyla bir dövlətin davam etdiyi görülməyib. Hər dövlət, hər hökumət belə bir sistem olduqda dağılır.
(A9 TV; 2 avqust 2016)
Təkcə ənənəvi ortodoks İslamı yaşamağa cəhd etsən Türkiyə geriləyər. İncəsənət qalmaz, estetika qalmaz, mədəniyyət və keyfiyyət qalmaz, dünya cəhənnəm kimi olar. O zaman buna dünya icazə verməz. Yəni Allah icazə verməz, dünyanı üstünə müsəllət edər.
(A9 TV; 2 avqust 2016)
Müasir vətəndaşları qorumaq, onları dəstəkləmək, keyfiyyəti və incəsənəti ön plana çıxarmaq, Türkiyəni ən müasir ölkə halına gətirmək, hökumətin əsas vəzifəsi olmalıdır.
(A9 TV; 2 avqust 2016)
Ənənəpərəst ortodoks görünüşlü bir Türkiyə bütün Avropanın, bütün Amerikanın hətta Rusiyanın, Çinin hədəfinə çevrilər. Bütün dünya qarşısında dayanar. Müasir Türkiyəni mütləq meydana gətirməliyik. İncəsənəti, estetikanı, keyfiyyəti ön plana çıxarmalıyıq. Keyfiyyətin bütün Türkiyədə hakim olması vacibdir.
(A9 TV; 2 avqust 2016)





