Münafiqlər müsəlmanları həmişə saxta və yanlış məlumatlarla yanıltmağa çalışar. Müsəlmanları başqa istiqamətlərə doğru çəkməyə çalışar. Diqqətini yayındırmağa çalışar. Bu münafiqin bir üsuludur.
(A9 TV; 29 iyul 2016)
Münafiqin xarakteri su kimi əzbər bilinməlidir. Münafiq ümumiyyətlə xəstəlik dərəcəsində yalançıdır. Həmişə yalan danışar. Buna çox diqqət yetirilməlidir. Yəni bu çox tanıdıcı bir xüsusiyyətidir.
(A9 TV; 29 iyul 2016)
Münafiq məsələsini müsəlmanlar gündəmdə çox saxlasınlar. Müsəlmanların başına gələn bu son bütün hadisələr həmişə münafiqlikdən irəli gəlir.
(A9 TV; 29 iyul 2016)
Münafiq səs-küylü və murdardır. Utanmaz, yəni həyasızdır. Cəmiyyət mikrobudur, alçaqdır. Müsəlmanın nəzakətindən müsəlmanın əleyhinə istifadə edər. Müsəlmanın yaxşı niyyətini də əleyhinə istifadə edər. Yəni namərdlikdə hədd-hüdud bilməz münafiq.
(A9 TV; 29 iyul 2016)
Müsəlman nəzakətli olur, hörmətcil olur. Məsələn, bir şey təklif etsən rədd etməz. Bir şey deyilsə, yerinə yetirmək istəyər. Bir şey deyilsə bağışlayar. Sakitləşdirəndir, qarışıqlıq olmasını istəməz. Lakin münafiq çox murdardır. Kiçik bir şeyi dəhşətli dərəcədə böyüdər və bununla fitnə törədər.
(A9 TV; 29 iyul 2016)
Münafiq böhtana çox meyllidir. Böhtan onun silahıdır. Ağlayıb zırlayar. Ayədə bu açıqca bildirilir, Yusif surəsində də bildirilmişdir; “ağlayaraq gəldilər” deyir. Halbuki ağlaması saxtadır, oyun oynayır. Münafiqlər həmişə müsəlmanların vicdanından istifadə edərək müsəlmanlar əleyhinə hərəkət edərlər.
(A9 TV; 29 iyul 2016)
Türkiyədə də, Misirdə də, Suriyada da, İraqda da, hər yerdə münafiqlərin alçaqlığından ötrü müsəlmanlar çətin vəziyyətə düşüblər. Bunun üçün bir nömrəli məsələ olaraq, ən mühüm məsələ olaraq münafiqliyi ön plana alıb münafiqliyi dünya səviyyəsində yerlə-yeksan edəcəyik inşaAllah, elmlə, irfanla.
(A9 TV; 29 iyul 2016)
Münafiqlər indiyə qədər həmişə tanınmadıqları üçün çox rahat hərəkət ediblər. Şeytani zəkalarıyla, şeytandan aldıqları vəhylə müsəlmanlara iztirab veriblər.
(A9 TV; 29 iyul 2016)
Münafiqin azmasının, lovğalanmasının səbəbi, alçaqlığının; şəxsiyyətsizliyinin bilinmədiyini düşünməsidir. Halbuki münafiq, bütün incəliklərinədək analiz edildiyini görsə, sanki iflic olar. Bunun üçün də, hər kəs münafiqliyi öyrənsə münafiqlər qaçmağa dəlik axtararlar. Çünki tanınar, müəyyənləşdirilmiş olar.
(A9 TV; 29 iyul 2016)
Münafiqin ən qorxduğu şey; alçaqlığının, şəxsiyyətsizliyinin, əxlaqsızlığının bütün incəliklərinədək bilindiyini bilməkdir. Bu münafiqi iflic edər. Çünki münafiq bilinmədiyini zənn edərək alçaqlıq edər.
(A9 TV; 29 iyul 2016)





