Mömin üçün münafiqin oyunlarını tutmaq ağıl gimnastikası kimidir. Münafiqin hər oyununun üstünü açmaq və zərərsizləşdirmək mömin üçün şərəfdir.
(A9 TV; 6 avqust 2016)
Münafiq ağılsız olduğu üçün görünmədiyini zənn edər. Allahın hər şeyi bilən olduğunu düşünə bilməyəcək qədər ağılsızdır.
(A9 TV; 6 avqust 2016)
Keçmişdən bəri gizli təşkilatların nümayəndələri xəbərləşərkən ya şeirlər, ya portretlər ya da bir heykəldəki simvollardan istifadə edərlər. Məsələn, Osman Hamdinin portretlərindəki qadın simvolları, şamlar, qadının müqəddəs sayılan mehrabda əyləşməsi, qadının ayağının altında haşa səpələnmiş Quran səhifələrinin olması kimi simvollar İngiltərə dərin dövlətinin zehniyyətinə sahib olanlar üçün əhəmiyyətlidir. Bu, eyni zamanda insanların şüur altına mütəmadi qaydada din əleyhdarı təlqin vermək üçün istifadə edilən bir üsuldur.
(A9 TV; 6 avqust 2016)
Exeter Universitetində yetişən bəzi insanlar İngiltərə dərin dövləti ilə əlaqədədir. Bu universitet dərin dövlətin təhsil müəssisələrindən biridir.
(A9 TV; 6 avqust 2016)
PKK-nın silahlı mübarizə ilə yox olmayacağını uzun illərdir deyən mənəm. Lakin heç kim həll yolunun darvinist-materialist birtərəfli təhsilin dayanması olduğunu söyləmir. Ortaya qoya bildikləri tək fikir PKK-nın silahla, təzyiqlə hakimiyyəti ələ almaqla qazandığı danışıq prosesinə qayıtmaqdır. Danışıq prosesinin son hədəfi isə Cənub-Şərqi Anadolu bölgəsinin Marksist-Leninist PKK-ya verilməsi və yaradılacaq kommunist dövlətin başına Öcalanın gətirilməsidir. Buna icazə vermərik.
(A9 TV; 6 avqust 2016)
Rusiya, İran, Pakistan, Türkiyə dərhal birləşsin. Dərhal hərbi, siyasi, ictimai ittifaq yaradaq. Bunlar bizim qardaşlarımız, canlarımız, qonşularımız, bütünük, vahidik. Heç gözləmədən, dərhal.
(A9 TV; 5 avqust 2016)
İngiltərə dərin dövləti Türkiyədə yaşayan ingilis vətəndaşlarını xilas etmək bəhanəsiylə işğal planı qura bilər, çox diqqətli olmaq lazımdır.
(A9 TV; 5 avqust 2016)
Hər kəs hz. Adəm (ə.s)-ın övladlarıdır. Şəhər başqa şəhərdən üstün olmaz, ölkə başqa ölkədən üstün olmaz. İnsan başqa insandan təkcə təqva ilə üstün ola bilər, bölgə ilə olmaz.
(A9 TV; 5 avqust 2016)
Bir ölkə digər ölkədən üstün olmaz. Bir şəhər digər şəhərdən üstün olmaz. Bir qəsəbə digər qəsəbədən üstün olmaz. Bunlar irqçi, alçaqlıq kompleksi içində olan xəstə ruhların iddialarıdır.
(A9 TV; 5 avqust 2016)
Bilik Allah rizası üçün olmalıdır. Biliyi fitnə üçün, günah üçün, nifaq üçün, münafiqlik etmək üçün, zülm üçün, Allaha üsyan etmək üçün istifadə etsə Allah intiqam alar.
(A9 TV; 5 avqust 2016)





