Münafiq hərdən şeytanla əlaqə yaradan məxluqdur. Belə anlarda baxışları xeyli mənasız olar, insanlıq görünüşündən çıxar. Quranda münafiqlərin xain baxışlarına diqqət çəkilməsinin mənası da budur. Münafiq iblis kimi baxarkən özünün fərq edildiyini anlamaz.
(A9 TV; 13 avqust 2016)
Türkiyəni məhv edən əsil təhlükə münafiqlikdir. Münafiq xarakterinə çox diqqət etmək lazımdır.
(A9 TV; 13 avqust 2016)
Mehdilik yoxdur deyənlər diqqətlə hadisələrə baxsınlar, hər kəs mehdiyyətdən danışır. 2019-cu ildə, 2020-ci ildə daha dəqiq anlayacaqlar.
(A9 TV; 13 avqust 2016)
İstəsələr də, istəməsələr də hər kəs mehdiyyətə xidmət edər. Allahın təqdir etdiyi taleyin qarşısında heç kim dayana bilməz.
(A9 TV; 13 avqust 2016)
Dünyəvi təhsilin olması üçün həm darvinizm, həm də onun əsassızlığını izah edən yaradılış həqiqəti eyni anda təhsilə daxil edilməlidir.
(A9 TV; 13 avqust 2016)
İdarə edənlərin çox şəfqətli və mərhəmətli olmaları, idarə edilənlərin isə Allah ilə əlaqələrinin çox güclü olması lazımdır. Allahdan uzaqlaşılan bir mühitdə Allah bərəkətsizlik, uğursuzluq və zülm mühiti meydana gətirər.
(A9 TV; 13 avqust 2016)
İngiltərə dərin dövlətinə tərəfdaşlıq edənlərin çoxbilmişlikləri, xalqa yuxarıdan aşağı baxmaları, qibtə edənlərdən olmaları, çox kitab oxuyurmuş kimi görünmələri, homoseksuallığı müdafiə etmələri, özlərini daha mühüm insan hesab etmələri, yarı ingiliscə danışaraq ədalı olduqlarını zənn etmələri ortaq cəhətləridir.
(A9 TV; 12 avqust 2016)
Dəccaliyyətə qarşı Allahın göstərdiyi həll yolu həqiqi mehdiyyətdir. Allahın göstərdiyi çözümü anlamazlıqdan gələnə Allah müvəffəqiyyət nəsib etməz.
(A9 TV; 12 avqust 2016)
Saxta mehdiyyətə qarşı mübarizə, təkcə həqiqi mehdiyyətlə mümkün olar. Həqiqi mehdiyyəti izah etmədən və qəbul etmədən hər hansı müvəffəqiyyət qazanılmaz.
(A9 TV; 12 avqust 2016)
Mehdiyyətə ən çox qarşı çıxanlar belə, dünyanın mehdiyyətlə formalaşdığını gördü.
(A9 TV; 12 avqust 2016)





