Mehdi qadınlara eynilə Peyğəmbərimiz (s.ə.v) kimi dəyər verəcək, onları çox sevəcək, qoruyacaq, azadlıqlarını zəmanət altına alacaq.
(A9 TV; 14 avqust 2016)
Hədislərdə Mehdi dövründə bir qadının Şama heç qorxmadan təkbaşına səyahət edə biləcəyi bildirilib. Mehdi dövründə hər qadın azad olacaq, qorunacaq, heç birinin gələcək qorxusu olmayacaq, ailə təzyiqi, ər təzyiqi olmayacaq. Qadınlar hər mövzuda hər cəhətdən rahat olacaqlar.
(A9 TV; 14 avqust 2016)
Allah dəccaliyyəti mehdiyyət qarşısında bəri başdan məğlub olmuş şəkildə yaratmışdır.
(A9 TV; 13 avqust 2016)
Mehdi deyildiyi zaman, düşüncələrində fərqli bir şey canlandıra bilərlər, Mehdi siyasətə əsla qarışmaz, siyasət bütün təşkilatlarıyla işləməyə davam edər. Mehdi yalnız sevgi, qardaşlıq, dostluq üzərində dayanacaq.
(A9 TV; 13 avqust 2016)
İkinci dövlət çevrilişi cəhdi təhlükəsinə qarşı nələr edilə biləcəyinin tədbirləri çox sürətli şəkildə alınmalıdır. Bir tərəfdən bütün hüquqi və asayiş tədbirlərinin alınması, digər tərəfdən isə incəsənət, keyfiyyət və azadlıqların çox genişləndirilməsi lazımdır.
(A9 TV; 13 avqust 2016)
Həqiqi sevginin ola bilməsi üçün insanın qarşısındakının səmimiyyətini görməsi lazımdır. Səmimiyyəti görən qadın ehtirasla sevər.
(A9 TV; 13 avqust 2016)
Üst ağıl, İngiltərə dərin dövləti içində formalaşmış dəccaliyyətdir. Dəccaliyyət İngiltərə dərin dövlətindən də istifadə edir.
(A9 TV; 13 avqust 2016)
Dəccaliyyətin necə quruluş olduğunu yaxşı anlamaq lazımdır. Dəccaliyyət əlverişli hesab etdiyi bir çox fərqli qrupdan istifadə edən nəhəng quruluşdur.
(A9 TV; 13 avqust 2016)
İnsanların əksəriyyəti qadınların dəyərini bilmirlər. Qadınlar incə düşünməyi bacaran, dünyanın bəzəyi olan mükəmməl varlıqlardır.
(A9 TV; 13 avqust 2016)
Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsini ayırmaq, İstanbulu və İzmiri ayrı bölgələr etmək, Anadoluda kiçik bir sahə saxlamaq və camaatları ləğv edib rumilik fəlsəfəni hakim etmək, İngiltərə dərin dövlətinin çox köhnə planıdır.
(A9 TV; 13 avqust 2016)





