Axırzamanın münafiqləri ən şiddətli münafiqlərdir. Möminləri də ən təqvalı möminlərdir. Bir-birlərinə tam ziddirlər.
(A9 TV; 15 avqust 2016)
Münafiq özü üçün hər cür imkan təmin edilməsini, rahatlığının qorunmasını istəyər. Öz mənfəəti ilə zidd düşən vəziyyət olsa, xainliyini ortaya çıxardar. Çox qısa dünya həyatına aldanan, sanki heyvan kimi yalnız mənfəətini güdən münafiqlər xaraktersiz şəkildə yaşayar və ölərlər.
(A9 TV; 15 avqust 2016)
Münafiqlər İslamın özlərinə faydalı olan hissələrindən istifadə edib, mənfəətlərinə uyğun olmayan hissələrini isə qəbul etməzlər.
(A9 TV; 15 avqust 2016)
Bir çox İslam ölkəsinin bəzi rəhbərləri, sözü keçən adamlar İngiltərədə təhsil alır, İngiltərə dərin dövlətinin təsiri altına daxil olurlar. Buna görə də, demək olar ki, heç bir İslam ölkəsində İngiltərə dərin dövlətinin planlarından bəhs edilmir, halbuki müsəlman cəsarətlə həqiqəti söyləməlidir. Demək olar ki, hər İslam ölkəsində təhsil sistemi darvinizmə təslim edilmiş vəziyyətdədir.
(A9 TV; 15 avqust 2016)
Allahın sənətini anlamaq, layiqincə təqdir etmək və həmişə yadda saxlamaq vacibdir. Əks təqdirdə niyə elmi mübarizə apardığını unudan şüursuz müsəlman modeli meydana gələr Allah qorusun. Dərin iman olmadıqda sevgiylə, ağılla mübarizə aparan şüur da meydana gəlmir.
(A9 TV; 15 avqust 2016)
Əvvəlcə “Chatham House”da keçirilən danışıqlar şəffaflaşdırılsın. Üst ağıl deyilən İngiltərə dərin dövlətinin şəffaflığı təmin edilsin. Türkiyə haqqındakı gizli planları ortaya çıxarılsın. Bunları gündəmə belə gətirə bilməyib, İngiltərə dərin dövlətinin oyununun təsiri altında qalaraq təriqət və camaatları hədəf almaq vicdanlı hərəkət deyil.
(A9 TV; 14 avqust 2016)
Məzhəblər və təriqətlər Mehdinin açıq zühur etdiyi dövrdə ləğv olunacaq. İslam tək din olaraq yaşanacaq.
(A9 TV; 14 avqust 2016)
Tayyib hocamın şəhid ailələrinə və qazilərə sahib çıxması çox gözəldir. Hamısına çox diqqət göstərmək, tez-tez ziyarət etmək lazımdır. Qazilərimiz və şəhid ailələri üçün bütün nəqliyyat və səhiyyə xidmətləri pulsuz olsun. Onları yalnız buraxmaq çox vicdansızlıq olar, həmişə diqqət mərkəzində olsunlar.
(A9 TV; 14 avqust 2016)
Müsəlmanlar əleyhinə edilən hər hərəkət müsəlmanları ucaldar, bu tələləri quranları isə alçaldar.
(A9 TV; 14 avqust 2016)
Allah Türkiyəni mehdiyyətin bərəkəti ilə xilas edir. Dəccaliyyət və dəstəsinin bütün oyunlarını mehdiyyət puç edir.
(A9 TV; 14 avqust 2016)





