Sevgisiz, ədəbsiz və kobud bir nəslin yetişməsi bir növ mənəvi fəlakətdir. Keyfiyyətli nəsil yetişdirilməsi üçün xüsusi səfərbərlik lazımdır. Sevgisiz və kobud danışan gəncləri də həmişə xəbərdar etmək lazımdır. Belə etmə, sevgini öyrən demək müsbət təsir göstərər. “Gözəl qardaşım belə demək əvəzinə, gözəl şəkildə de” deyə həmişə xəbərdar edin. Bir müddət sonra bunun müsbət təsiri görüləcək. Sevgini bilməyənlərə sərt üslubla cavab vermək heç vaxt doğru olmaz. Sevgini öyrətmək lazımdır.

(A9 TV; 3 sentyabr 2016)

İmtahanda ən mühüm məsələ Allahın sənətini unutmamaqdadır. Məsələn, bir yarpaqdakı ağıl insan ağlından minlərlə qat üstündür. Hətta tək bir toz zərrəsində belə nəhəng həyat var. Bakteriyalarda böyük ağıl var. Allahın sənəti çox heybətlidir. Bəzi insanlar Allahın sənətini düşünməkdən qaçırlar, az düşünməyin lazım olduğunu zənn edirlər. Halbuki Allah ətraflı düşünməyimizi istəyir.

(A9 TV; 3 sentyabr 2016)

İmtahan olmadıqda, təfərrüatlar olmadıqda cənnətin qiymətini anlamaq da, Allahın sənətini anlamaq da mümkün olmur. Adi imtahan olsa adi cənnət həyatı olar. İmtahan nə qədər qarmaqarışıq olsa, həyat o qədər gözəl olar, sevgi o qədər böyük olar. Allah xüsusən Axırzamanda yüksək imtahan istəyir. İmtahan nə qədər yüksəkdirsə, insanın cənnəti də o qədər yüksəkdir.

(A9 TV; 3 sentyabr 2016)

Adi imtahan olunsaq dünyanın da, cənnətin də mənası olmaz. Təhsilin mükəmməl olması üçün Allah hər cür şəraiti yaradıb. Yaralanmadan, xəstələnmədən, əziyyət olmadan asan yaşayıb axirətə getmək olmaz. İmtahan çətin və ətraflı olmalıdır, bu təfərrüatların içində gözəlliyi tapmaq vacibdir.

(A9 TV; 3 sentyabr 2016)

Allahın sənətini bilmək çox mühüm məsələdir. Allahın sənətini bilmək, yadda saxlamaq və heyrətini yaşamaq üçün dua etmək lazımdır. Allahın sənətinin heyrətini yaşamamaq bir növ mənəvi xəstəlikdir. Allahın sənətinə heyranlıq duymaq imani dərinliklə mümkün olar.

(A9 TV; 1 sentyabr 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)