Sevgisiz gənclərdən təşkil olunan, sanki qəbilə tipli quruluş var. Bu ruh halı özlərini məhv edir. Bu qədər nifrət, əqli cəhətdən sağlam olmalarına əngəl törədir. Həmişə söz ilişdirən, həyasız, hər kəsə qarşı nifrət dolu bir həyat olmaz. Belə bir bəla içində yaşamağı heç kim qəbul etməməlidir.

(A9 TV; 31 avqust 2016)

Müsəlmanlara mənəvi cəhətdən elə təzyiq göstəriblər ki, dində olmayan qaydalarla sanki zehinlərini dondururlar. Musiqi, incəsənət, gülmək, şən olmaq, həyat dolu olmaq potensial cinayət kimi göstərildiyi və özlərini də potensial günahkar gördükləri üçün hər yerdə aciz mövqedə olurlar. Qurana tam tabe olan müsəlmanlar ziyalı, keyfiyyətli, özünə inamlı və çox ağıllıdır. Acizliyi heç bir müsəlman əsla qəbul etməməlidir.

(A9 TV; 31 avqust 2016)

Xeyli insan müsəlmanları, haşa ağılsız, asanlıqla aldadıla bilən, malını, mülkünü əldən verən, hər cür cinayətə hazır olan insanlar hesab edirlər. Müsəlmana hörmət göstərmirlər. 24 saat ağıllı olan dinsiz olar, hörmət göstərilməli olan dinsizlikdir təlqini verirlər. Bu fəlakətli mənzərəni də xeyli müsəlman qəbul edib, acizlik hiss edirlər. Halbuki Qurana tam tabe olan müsəlman dünyanın ən ağıllı insanıdır.

(A9 TV; 31 avqust 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)