Mən hər zaman məzlumların hamisiyəm. Harada məzlum varsa onu qoruyaram.
(A9 TV; 3 sentyabr 2016)
Şans, kortəbii təsadüf mənasını verər. Şans deyilən şey yoxdur. Təvafüq vardır, Allahın rast gətirməsi vardır.
(A9 TV; 3 sentyabr 2016)
İmtahanın sirrini ətraflı izah etmək lazımdır. Kafirlər və münafiqlər imtahan üçün xüsusi olaraq yaradılıb. İmana hücum edəcək fəlsəfələrin olması, dərin dövlətlərin zalımlığı, münafiqlərin ayrı, kafirlərin ayrı mövcudluğu imtahanın mükəmməlliyidir.
(A9 TV; 3 sentyabr 2016)
Hz. Musanın həyatı həmişə əziyyət içində olduğu üçün çox sevirik. Hz. Yusif deyildiyi zaman ağıla ilk zindan gəlir. O əziyyətə səbir göstərməsini sevirik. Hz. Əlinin dəliqanlı olmasını çox sevirik. Heybər qalasının qapısını sökməsi, 17 yerindən yaralanıb vuruşması sevgini qat-qat artırır. Hz. Əyyub sanki sevginin kitabını yazıb, çəkdiyi bütün əziyyətə baxmayaraq, əsla səsini çıxartmır, gözəl şəkildə səbir edir.
(A9 TV; 3 sentyabr 2016)
Hz. Əbu Bəkir zərrə qədər də olsa narahat olmadan bütün malını və mülkünü Allah rizası üçün verir, kasıb yaşamağı qəbul edir.
(A9 TV; 3 sentyabr 2016)
Allahın sənətini müəllim kimi yox, heyrət məqamında izah etmək lazımdır. Heyrətdən heyrətə düşərək izah etmək lazımdır.
(A9 TV; 3 sentyabr 2016)
İmtahan şirin olsa sonu acı olar. Yüngül imtahan gözləməsinlər, Axırzamandayıq. Allah böyük sevgi istəyir. İmtahan nə qədər şiddətlidirsə, sevgi o qədər böyükdür. Cənnətin bəzəyi sevgidir, sevgi böyük olmalıdır ki, cənnət mənalı olsun. İmtahanın müddəti qısadır, cənnət isə əbədidir. Əbədi böyük sevgi üçün imtahan güclü olmalıdır. Əziyyətə etiraz etmək olmaz.
(A9 TV; 3 sentyabr 2016)
Tayyib hocam bu vətənin övladıdır, bir səhvi olduqda hər kəs söyləyər, tənqidə açıqdır. Lakin mənəvi dəstək vermək, sahib çıxmaq çox əhəmiyyətlidir.
(A9 TV; 3 sentyabr 2016)
Ənənəvi inanca sahib olanların bəziləri Mehdini qorxuducu, qatı bir insan kimi görürlər. Halbuki Mehdi həlimdir, sevgi insanıdır.
(A9 TV; 3 sentyabr 2016)
Yaxın Şərq bataqlığı deyirlər, bu yanlış ifadədir. Yaxın Şərq imtahan sahəsidir deyilməlidir. Bura peyğəmbərlər torpağıdır, Mehdi Məsih buradan çıxacaq, imtahan buna görə çətin olur.
(A9 TV; 3 sentyabr 2016)





