Türkiyəni Rakkaya daxil edib orada İŞİD-lə mübarizə apararkən, PKK-nın hücuma keçib ərazi ələ keçirməsi planı qurulur. Bu planın ikinci hissəsi isə hökuməti təriqətlər və camaatlarla üz-üzə gətirib verilən dəstəyin aradan qaldırılmasıdır. Bu planın bütün hissələri pozulacaq. İngiltərə dərin dövləti Türkiyəyə  “İŞİD-lə vuruşmağa, müsəlman qanı tökməyə alış, biz də öz övladımız olan PKK-nı böyüdək” deyirlər. Beləliklə, müsəlmanları parçalara ayırıb kiçik şüşə fənərlərə həbs etməyi planlayırlar.

(A9 TV; 7 sentyabr 2016)

Allah axirətdə bizi Qurandan məsul tutacaq. Mənə israrla xurafatlara tabe ol deyənlərin sözünə deyil, Qurana tabe olaram. Xəbərdarlıq Quran ilə edilməlidir.

(A9 TV; 7 sentyabr 2016)

PKK Türkiyənin həm içini, həm sərhədlərini bürüdüyü bir vaxtda, yüzlərlə kilometr uzaqda İŞİD-i qovalamaq düzgün üsul deyil. Əsgəri yüzlərlə kilometr uzaqda yerləşən Rakkaya göndərib həm sərhədimizdə, həm də daxildə PKK-nın istədiyi kimi hərəkət edəcəyi mühit yaratmaq olmaz.

(A9 TV; 7 sentyabr 2016)

Rakka Türkiyə ilə əlaqəsi olmayan bir yerdir. İngiltərə dərin dövləti türk ordusunu müharibəyə daxil edib bir tərəfdən itkilər verdirmək, digər tərəfdən isə PKK-ya daha geniş sahə açmaq istəyir. Özlərinin əvəzinə müharibəyə daxil olacaq qüvvə axtarırlar. Türkiyəyə müsəlman qanı axıtdırmaq istəyirlər.

(A9 TV; 7 sentyabr 2016)

Mən səhv yolda olan insanların daha pis yola getmələrini deyil, qazanılıb doğru yola gəlmələrini istəyirəm. Bunun üçün üslubum hər zaman şəfqətlidir, pisliyə belə yaxşılıqla cavab verməkdir. Tənqid etdiyim insanları alçaltmaq deyil, qazanmaq istəyirəm.

(A9 TV; 7 sentyabr 2016)

İllərdir ki, terrorun bitirilə bilməmiş olması, terrorun fikrinə qarşı təhsil verilməməsindən irəli gəlir. PKK kommunist təhsillə ortaya çıxan bir fitnədir. Fəlsəfi yolla qalib gələ bilmədiyin bir təşkilata qarşı silahla qalib gələ bilməzsən. Qalib gəlməyin yeganə şərti fikri, elmi mübarizədir.

(A9 TV; 6 sentyabr 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)