Allah hiylə qurmağa cəhd edənlərin tələlərini başlarına keçirdər və tələyə salar.
(A9 TV; 5 sentyabr 2016)
Allah müsəlmanları bolluq, bərəkət, sevinc içində yaşadar.
(A9 TV; 5 sentyabr 2016)
İnsanların inancına və inancı istiqamətində yaşamasına qarışmamaq lazımdır. Hicablı da, dekolte geyinən də mümkün qədər azad olmalıdır.
(A9 TV; 5 sentyabr 2016)
Axırzaman əlamətləri, Mehdi, İsa Məsih, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz Mehdi və İsa Məsih, Dabbədən, yəni televiziya və internetdən istifadə edərək təbliğ edəcəklər.
(A9 TV; 5 sentyabr 2016)
İngiltərə dərin dövlətinin fəaliyyətlərini ifşa etmək, xalqı bu mövzuda məlumatlandırmaq, quruluşun sxemini ortaya qoymaq çox əhəmiyyətlidir.
(A9 TV; 5 sentyabr 2016)
Misir və s. kimi ölkələrdə İngiltərə dərin dövlətinin təzyiqi aydın görünür. Türkiyədəki oyunların arxasında da eyni qüvvə var, bu ifşa edilməlidir.
(A9 TV; 5 sentyabr 2016)
Terrorla həqiqi mənada mübarizə aparılmaq istənilirsə, darvinizmə qarşı fikri mübarizə aparmaq üçün də bu qədər vəsait ayıracağıq deyə də plan olmalıdır. Təkcə yol, bənd, körpü inşa etməklə və iqtisadi sərmayə ilə terror bitməz. Bundan 20-30 il sonrasını da düşünmək lazımdır. Fəlsəfi və imani təhsillə terror məsələsini tamamilə həll etmək əvəzinə, bunu israrla etməmək anlaşılmazdır. Darvinist təhsil davam etdiyi müddətcə terror təşkilatı üçün yeni işçilər yetişmiş olur. Hər gün şəhid xəbəri olmasının səbəbi terroru elmi cəhətdən darmadağın etməməkdir.
(A9 TV; 5 sentyabr 2016)
Mövlananın kitablarını tərifləyənlərin bu əsərlərdə qeyd olunan homoseksuallığı və təkamülü tərifləyən, Peyğəmbərimiz (s.ə.v)-ə haşa hörmətə uyğun olmayan üslubu və Qurana müxalif hissələri də təriflədiklərini görməlidirlər. Bu hissələr sonradan əlavə edilmiş də ola bilər. Bunların çıxarılması vacibdir.
(A9 TV; 5 sentyabr 2016)
Hüzur və sakitlik qiymətlidir. Daimi gərginlik pisdir, ölkədə tezliklə məqbul, stabil, hüzurlu dövrə keçilməsi əhəmiyyətlidir.
(A9 TV; 5 sentyabr 2016)
İngiltərə dərin dövləti şiə qardaşlarımıza də əl atmış vəziyyətdədir. İngilis şiəliyi deyə ortaya atdıqları cərəyanla sünni-şiə çaxnaşmasını qızışdırırlar.
(A9 TV; 5 sentyabr 2016)





