Anadoluda bilinən Mövlana ilə İngiltərə dərin dövlətinin müdafiə etdiyi rumilik tamamilə fərqli olan iki şeydir. Rumilikdə homoseksuallıq vardır, şərab haşa halaldır. Məsnəvi haşa Quran kimidir və içində bir çox azğın hekayələr izah edilir. Əksər insan bu fərqli istiqaməti bilmir.

(A9 TV; 8 sentyabr 2016)

Əbdülhəmid dövrü Osmanlının ən çox torpaq itirdiyi dövr olmuşdur. Osmanlıya darvinizmin daxil olması da eyni dövrə uyğun gəlir. Duyunu-Ümumiyənin qurulması, Osmanlının maliyyəsinin beynəlxalq nəzarətə açılması kimi hərəkətlər Osmanlının sürətlə çökməsinə səbəb oldu.

(A9 TV; 8 sentyabr 2016)

Allah mənfi və müsbət qüvvələri fikrən vuruşduraraq İslam əxlaqını hakim edir. Bu mənfi qüvvələrdən biri də Kahtanidir, qan tökəndir. Türkiyədə mənfi qüvvələrin fitnələrini görürük, 15 iyul hadisəsi də bu mənfi qüvvələrin bir fitnəsi idi. Bütün mənfi qüvvələr sonunda fikrən tamamilə məğlub olacaqlar. Həmçinin müsbət qüvvə olan mehdiyyət dünyaya hakim olacaq. İnsanlar mənfi qüvvə tezliklə yox olsun deyirlər, bu təqdirdə müsbət qüvvənin güclənməsi mümkün olmaz. Müsbət mənfinin varlığı sayəsində güclənər.

(A9 TV; 7 sentyabr 2016)

Yavaş-yavaş ziyalılarımız və yazıçılarımız da İngiltərə dərin dövlətinin fitnələrini gündəmə gətirməyə başladı. Bu dərin quruluş mütləq çökəcək. Bəzilərinin fitnənin mərkəzini görə bilməmələrinin səbəblərindən biri, İngiltərə dərin dövlətinin məharətlə özünü gizlətməsidir.

(A9 TV; 7 sentyabr 2016)

Osmanlını yıxan darvinizm olmuşdur. Əbdülhəmid dövründə Hüseyn Əl-Cisrin darvinizm risaləsi Əbdülhəmidin xəbəri olaraq hər yerə paylandı.

(A9 TV; 7 sentyabr 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)