Fədakar insanda vicdana əməl etməyin heybəti vardır. Eqoist insanda isə bəsitlik hakimdir. Eqoist insan heç bir gözəlliyi yaşaya bilməz.
(A9 TV; 23 iyun 2018)
İnsanların ikisi də ağıllıdırsa sevgi müdhiş sürətlə inkişaf edər. Amma bir tərəfin ağılı zəifsə sevginin inkişafı illər çəkə bilər. Hər iki tərəf ağıllıdırsa, iki tərəf də eqoist deyilsə, hətta qısa söhbətdə belə dərin sevgi meydana gələr.
(A9 TV; 23 iyun 2018)
Qadınları dürüst sevmək, hörmət göstərmək lazımdır. Qadına dəyər veriləndə qadın olar. Qadın hörmətlə, dəyər verərək gözəldir. Axirətə niyyət yoxsa sevgi olmaz. Yox olacaq varlıq seviləməz. Özünün də qiyməti qalmaz, qarşısındakının də qiyməti qalmaz. Sonsuza niyyətlə sevilər.
(A9 TV; 22 iyun 2018)
Allaha güvənmək əhəmiyyətlidir. Əgər insan Allaha güvən mövzusunda özünü zəif görürsə, özünə əsəbiləşərək bu mövzunun üstünə getməlidir. İnsanlar təvəkkül edə bilmədikləri üçün çətin yaşayırlar. Allah insanlara zülm etməz, təvəkkül etmədikləri üçün insanlar özləri özlərinə zülm edirdilər.
(A9 TV; 22 iyun 2018)
İnsan ağlı maqnit kimi hər şeyi çəkər. Allah ilə əlaqə güclü olanda gərəksiz heç bir şeyə narahat olmazlar. Qorumanın Allahdan olduğunu biləndə, həmin narahat edici mövzular ona heç vaxt zərər verməz. Fikir etməmək üçün mövzulara çox yuxarıdan baxmaq və böyük ağılla olmaq lazımdır. “Müsəlmanlar əzilir, şəhid edilirkən mənim balaca işlərim əhəmiyyətlidir yoxsa o insanların qurtuluşu daha əhəmiyyətlidir” deyə düşünüb əhəmiyyətsiz mövzulardan xilas olmaq mümkündür.
(A9 TV; 22 iyun 2018)
Namaz Allaha sevgidir, Allaha iltifatdır. İbadət Allaha sevgimizi göstərmə şəklimizdir. Bütün ibadətlər Allaha olan sevgini ifadə edər.
(A9 TV; 22 iyun 2018)
Sənətçilərə sahib çıxılması çox vacib mövzudur. Sənətçilərin hamısına mütləq dövlət medalı və sabit maaş təmin edilməsi lazımdır. Sənətçi çalışıb pul qazanmaq məcburiyyətində olmamalıdır. Həyatları zəmanət altında olmalıdır. Sənətçi bir yerə gəldiyi zaman ondan ödəniş alınmaz.
(A9 TV; 22 iyun 2018)
İman zəifliyi və darvinist təhsil bir arada olanda gənclər məhv olur. Sənin atan soxulcan, bakteriyadan təsadüflər nəticəsində olmusan deyəndə uşaq dəhşətə qapılar. Bu cür təhsillə yetişən uşağın xoşbəxt olması, hüzur tapması mümkün olmaz.
(A9 TV; 22 iyun 2018)
Türkiyə, kin və nifrət ölkəsi olmamalıdır. Yaxşı olan hər hərəkətə yaxşılıqla cavab verilər. İnsanın düşməni belə olsa yaxşı rəftar edəndə, o yaxşılıq təqdir edilər. Biz millət olaraq qardaşıq, birik. Yaxşı olan, gözəl olan hər rəftarı yaxşılıqla cavab vermək gözəllikdir.
(A9 TV; 21 iyun 2018)
İmanın dərinləşməsi çətin deyil. Amma çox səmimi olmaq lazımdır. İnsan səmimi olduqda iman dərinliyi öz-özünə inkişaf edən nemət olaraq möminə verilər.
(A9 TV; 21 iyun 2018)





