İnsanların sevinci, xoşbəxtliyi və azadlığı çox vacibdir. Tayyib hocam və hökumətimizdən xahiş edirik, “insanların xoşbəxt olmasını istəyirik, sevincə azadlığa üstünlük verəcəyik. Gənclərin, qadınların azad olmasını istəyirik. Həyatın yaxşı olmasını istəyirik” açıqlamalarına üstünlük versələr çox gözəl olar.

(A9 TV; 18 iyun 2018)

Din dərsində əsas sevgi və mərhəmət öyrədilməlidir. Allah niyə sevilir, Allahın sənəti nədir, Allahın böyüklüyü necə aydın olar, iman həqiqətləri nələrdir, Quran möcüzələri nələrdir bunların gənclərə izah edilməsi lazım.

(A9 TV; 18 iyun 2018)

Hər dövrdə münafiq xüsusi olaraq yaradılar. İnsan olaraq dünyaya təqdim edilən şeytanlara münafiq deyilir. Müsəlmanların arasına xüsusi olaraq soxulan bu məxluqların varlığı bir cür möcüzədir. Münafiqlər vəsiləsiylə müsəlmanlar daha aktiv və canlı olurlar, bir-birlərinə daha çox bağlanırlar. Əksinə müsəlmanlarda ətalət riski olar.

(A9 TV; 17 iyun 2018)

Millətin bir-birini sevməsi üçün dövlət siyasəti lazımdır. Hər düşüncədən, inancdan, həyat tərzindən insanın bir-birlərinə mərhəmət, şəfqət və hörmət göstərmələri üçün təhsil lazımdır. Vətəndaşların bir-birlərini sevməsi və mərhəmət duyması üçün dövlətin siyasəti olmalı və bu mövzuda çoxlu səy göstərilməlidir. Məktəblərdə sevgi təhsili, dövlət televiziya kanallarından sevgi yayımları lazımdır. Bu sevgi və mərhəmət öyrədilmədiyində yalnız özünü, öz ailəsini sevən çox eqoist nəsil yetişər.

(A9 TV; 17 iyun 2018)

Heyvanlara əziyyət edənlərə, mütləq insanlara qarşı işlənən cinayətlə eyni cəza verilməlidir. Və bu kəslər mütləq cəmiyyətə tanıdılmalıdır. Cəmiyyət, bu düşüncədəki insanların kimlər olduğunu bilməlidir. Belə iyrənc hərəkət edənlər gizli qalmamalıdır. Heyvanlara zülm edən uşaqlara, qadınlara, digər insanlara çox daha böyük zülm edə bilər. Diqqətli olmaq baxımından bu kəslər mütləq cəmiyyətə tanıdılsın.

(A9 TV; 16 iyun 2018)

Allah Özünü sevməyən insanların əsla xoşbəxt olmayacaqları şəkildə dünyanı yaratmışdır. Qəlblər ancaq Allah sevgisiylə, Allaha dostluqla rahat edə bilər. Dünya əksinə kilidlənmişdir. Allah sevgisi olmadan kimsə xoşbəxt ola bilməz.

(A9 TV; 16 iyun 2018)

İnsanların ruhunun iman həqiqətlərinə ehtiyacı vardır. Quranın haqq olduğunun dəlillərinin izah edilməsi, Allahın varlığının dəlillərinin izah edilməsi və insanlarda əvvəlcə güclü iman meydana gətirilməsi lazımdır. Din təhsili yalnız İslam tarixində yaşanan hadisələrin izah edilməsi ilə olmaz.

(A9 TV; 16 iyun 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)