İnsanlar ən çox imanı güclü olan kəslərdən təsirlənər. Mömin gözəl təbliğ etmək istəyirsə imanının çox güclü, Allah sevgisinin çox dərin, Allaha güvənin tam olması lazımdır. O zaman bu insanın etdiyi təbliğ müdhiş təsirli olar, Allahın izni ilə.
(A9 TV; 21 iyun 2018)
İnsanlardakı ən vəhşi instinkt gələcək qorxusudur. Bir çox insanın çəkdiyi acının təməlində gələcəkdən duyduqları qorxu vardır. Heç vaxt gələcəklərini zəmanət altına aldıqlarını düşünüb rahatlamırlar. Rahatlığı təmin edəcək yalnız Quranda izah edilən vəlayət sistemidir. Çünki vəlayət sistemində hər kəs hamının anası, atası, qardaşı, qoruyucusu olmaqla məsuldur.
(A9 TV; 19 iyun 2018)
Hər kəsin hər kəsə salam verdiyi, dost olduğu dünya istəyirik. İnsanlar həmişə bir-birinə məsafəli və uzaqdır. Yalnız öz ailəsini sevir. Hər kəsin bir-birinə ailə olduğu dünya olması üçün məşğul oluruq.
(A9 TV; 19 iyun 2018)
Bu əsrdə insanlar heç bir dövrdə nəsib olmamış böyük möcüzələr görəcəklər. İslamın hakimiyyətini, Mehdini, iki min il sonra İsa Məsihi, Tabut-u Səkinəyi, Hz. Süleyman dövründən gələn müqəddəs əmanətləri görəcəklər inşaAllah.
(A9 TV; 19 iyun 2018)
Şəhidlərimizin hamısı cənnət quzusudur. Necə nəsiblilər ki, Allah onlara ən gözəl məqamı vermiş. Allah bizlərə də yataq ölümü verməsin. Şəhidlik çox şərəfli, çox böyük nemətdir. Allah ailələrinə də xeyirli, gözəl ömür versin, onları razılıq içində yaşatsın.
(A9 TV; 19 iyun 2018)
Hər an Allah ilə birlikdə hərəkət etmək lazımdır. İnsanların ən böyük bəlası Allaha güvənməkdə şübhəyə düşmələridir. İnsanların bəzisi mənfəətlərinə zidd düşəndə Allahı buraxmaq meylində olar. Əksinə bəla, dərd gələndə Allaha daha güclü sarılmaq lazımdır. Allah onsuz da o hikmətlə bəlanı verər. O zaman bütün yollar o insana açılar.
(A9 TV; 18 iyun 2018)
Bezmək, Allahın imtahanını istəməmək deməkdir. Sevgidən bezmək deməkdir. Belə bir şey möminin qədərində yoxdur. Mömində bezginlik olmaz. Bezginlik ölü olaraq yaradılmış varlıqlarda olar. Onlar yeməkdən, əylənməkdən, gəzməkdən hər şeydən bezərlər. Möminin isə hər anı həyəcan, hər anı yenilik, hər anı sevincdir. Mömin hara dönsə yaxşılıq, hara dönsə xeyirdir.
(A9 TV; 18 iyun 2018)
PKK-nın adam toplanmasının mənbəyi darvinist-materialist təbliğatdır. Darvinist, materialist təhsilə son qoyulsa, PKK-nın sonu gələcəkdir. Biz bütün imkanlarımızla darvinizmə qarşı elmi mübarizə aparırıq, ancaq bunu yalnız bizim səylərimizlə əldə etmək mümkün deyil. Təhsildə darvinist təbliğatın ləğv edilməsi çox vacibdir.
(A9 TV; 28 iyun 2018)
Gənclər hər kəsin Allaha inandığını görsələr çox müsbət təlqin olar və güclü iman inkişaf edər. Amma iman edənlərin sayı azdır, iman etməyənlər isə çoxdur. Bu da iman edənlərin dəyərinin artması üçün xüsusi olaraq yaradılar. İman əhlinin qiymətli olması üçün bu lazımlıdır. Bu qiymət cənnət xoşbəxtliyi üçün də əsas şərt olar, cənnətdə həqiqi xoşbəxtlik dünyadakı təhsillə mümkün olar.
(A9 TV; 18 iyun 2018)
Ehtiras olması üçün eqoist olmamaq lazımdır. Eqoist olmaq dünyadakı ən böyük faciədir. Eqoist insan məhv olmuş deməkdir. Səmimi insan Allah üçün və sevdikləri üçün yaşayar. Eqoistlik insanı adiləşdirər və bəsitləşdirər.
(A9 TV; 18 iyun 2018)





