“Bunu etsən günahın mənədir” sözü dini bilməyən insanların istifadə etdiyi üslubdur. Dinə əhəmiyyət verən insan bu cür üslub istifadə etmir. Qurana görə heç bir insan başqasının günahını daşımaz. (Fatir surəsi, 18: Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən Onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır.)

(A9 TV; 13 fevral 2018)

Dünya qısa müddətli imtahan yeridir. Bir ekranda təsvir izlədilir. Bu ekrandakı təsvirə əsəbiləşmək ağılsızlıqdır. Televizorda izlədiyin filmə necə ki əsəbləşmirsən, həyatın dediyin ekranın başında izlədiyin təsvirdəki detallara da əsəbiləşmək olmaz. Əsəbiləşmək insanı gülməli vəziyyətə salar.

(A9 TV; 13 fevral 2018)

Türk Millətini yox etməyə çalışanlara qarşı özümüzü qorumazsaq anormallıq olar. Hər Türk fərdi Tayyib hocamın bu haqlı davasında yanında və həmişə yanında olacaq. Millətimizə istiqamətli heç bir hücuma tamaşaçı qalmarıq. PKK-ya yol açılmasına millət olaraq icazə vermərik.

(A9 TV; 13 fevral 2018)

Dindar mühafizəkar sinfin böyük qismi dekolte geyinən qadınlara təbliğ etməyi düşünmür. Belə geniş kütləni gözdən çıxarmaq doğru deyil. Onlara təbliğ edilməsi bütün müsəlmanlara məsuliyyətdir. Biz o sinfə təbliğ edən demək olar tək qrupuq. O insanların dini sevməsinə, İslama yaxınlaşmasına, dinin asan olduğunu görmələrinə vəsilə olduq.

(A9 TV; 13 fevral 2018)

Müsəlmanların imtahanı üçün güclü dəccaliyyət gərəklidir. Möcüzə olansa iman edənlərin məhdud imkanlarına baxmayaraq dəccaliyyəti məhv etməsidir. Hz. İbrahim kiçik güclə bütün Nəmrud ordularını məğlub etdi, eyni şəklidə Hz. Musa və Peyğəmbərimiz də. (Ali İmran surəsi, 196-197: Qoy kafirlərin diyarbədiyar gəzib dolaşması səni aldatmasın! Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!)

(A9 TV; 13 fevral 2018)

Münafiq dünyada da yanar, axirətdə də yanar, dünyada da biabır olar, axirətdə də. Münafiq yalnızlığa məhkumdur. Bütün cəmiyyət onlardan uzaqlaşar, insanlar nifrət edər, çünki küfr belə münafiqlərin əxlaqsızlıqlarını, pislik xarakterlərini dərhal anlayar. Münafiqlər müsəlmanlara qarşı hücum etdikcə, müsəlmanların üfüqü genişlənər, mübarizə əzmləri və qabiliyyətləri, şövqləri artar, gözəlləşər, sevinərlər. Münafiqlərin də bir o qədər çökmə sürəti və alçaqlıqları artar.

(A9 TV; 13 fevral 2018)

Münafiqlərin ömrü həmişə qısa olar, çünki həyatları ancaq həsəd etmək, qısqanclıq, xorlanma, alçaldılma və qorxu içində keçər, hər gördüyünü öz əleyhinə zənn edərlər, bu səbəblə də tez əldən düşər və çökərlər. Münafiqlər Allaha düşmən olduqları üçün hüceyrələri də onlara düşmən olur, ona görə çox sürətli yaşlanarlar.

(A9 TV; 13 fevral 2018)

Türk millətini yox etmək istəyənlərə qarşı, Türk millətinin hər mənsubu vətənini, millətini, bayrağını müdafiə etməyə məsuldur. Bizim üçün qazi olmaq, şəhid olmaq heç əhəmiyyətli deyil, biz gözə alırıq, şərəfdir bizim üçün. PKK-nı harada görsək nəfəs aldırmayacayıq, bütün yollarını kəsəcəyik. Tayyib hocamıza da dəstəyimiz tamdır. Polis, əsgər, dövlət hamımız yanındayıq. Milli lider dövlət deməkdir, milli liderin ətrafında birləşmək də dövlətin ətrafında sıx birləşmək deməkdir. Tayyib hocamızın ətrafında sıx birləşərsək düşmən qaçıb gedər.

(A9 TV; 13 fevral 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)