Bir insanın arxasınca pis danışmaq sevgini aradan qaldırar, hörməti də zədələyər. İnsanın sevdiyi birinin ardından danışması öz oturduğu budağı kəsməsidir. Sevdiyi insanın üzünə baxa bilməyəcək hala gəlir. Bundan qəti olaraq çəkinmək lazımdır.

(A9 TV; 18 fevral 2018)

Allah qiyaməti Mehdi vəsiləsiylə təxirə salır. Amma 313 insandan başqa geniş kütlə Mehdiyyətə var gücü ilə qarşı çıxır. Hədislərdə, “Mehdi dünyadan bir an çəkilsə o an qiyamət qopar” deyə bildirilir.

(A9 TV; 17 fevral 2018)

Keyfiyyətli ölkələr yıxılmır. Qadın azadlığının olduğu ölkələr, sənət və gözəlliyin inkişaf etdiyi ölkələr yıxılmır. Harada sənət və estetika yox edildisə, qadınlar təzyiq altına alındısa, həmin ölkələr (Allah əsirgəsin) yıxılır. Tayyib hocamın mədəniyyət və incəsənətin əhəmiyyəti üzərinə etdiyi çıxış buna görə çox əhəmiyyətli və həyatidir.

(A9 TV; 17 fevral 2018)

Münafiq, Allahın xüsusi yaratdığı varlıqdır və pisliyi əmən maşın kimidir. Harada şəxsiyyəti zəif, ədəbsiz, qorxaq, hər səs-küyü əleyhinə zənn edən xaraktersiz, nursuz amma bir şəkildə müsəlmanların arasına sızmış əxlaqsız varsa münafiq onu kanalizasiya maşını kimi alıb götürər. Bu səbəbdən münafiqlər, müsəlmanları təmizləyən lağım maşını kimidir.

(A9 TV; 17 fevral 2018)

Allah insana hər an təlim keçir. Sıxıntı və çətinliklər xaricində insanın təhsil alması mümkün deyildir. Dünyadakı təhsil mükəmməldir. Cənnətdə sonsuza qədər yaşanacaq əxlaqı bu dünyadakı təhsillə öyrənirik. Dünya kiçik bir qab, bu kiçik qab içində insanın yaxşılıqları yığılır və o yığılan sonsuza qədər bəs edir. İgidlik, fədakarlıq, səbir, mərhəmət burada insanda yığılır və cənnətdə sonsuza qədər o gözəlliklə öyünmə, sevinmə və xoşbəxtlik olur.

(A9 TV; 17 fevral 2018)

Cənnət dünyaya çox oxşayır, amma yeni yuxu şəkli kimidir. Məntiq hörgüsü tamamilə dəyişir, ancaq o məntiq bizə çox məqbul gələcək. Yuxuya necə ki heyrətlənmirik, cənnətdə də heç bir şeyə heyrətlənməyəcəyik. Evlər, bağlar, bazarlar hər sevdiyi şey cənnətdə də olacaq. Cənnətin ən böyük zövqü isə Allah sevgisi olacaq.

(A9 TV; 17 fevral 2018)

Arxitekturanın mütləq sənət əsəri dəyəri daşıması lazımdır. Yalnız funksionallıq düşünülərək bina tikilməz. Bir binaya baxdıqda insanda əvvəlcə heyranlıq oyandırması lazımdır. Funksionallığa söykənən arxitektura şəhəri sadəcə çirkinləşdirər.

(A9 TV; 17 fevral 2018)

Fincanın, stəkanın, qələmin, burnun, gözün, kompüterin məqsədi var amma kainatın, insanların heç bir məqsədi yoxdur deyirsən. Sıfır ağıla sahib varlıq belə bu cür məntiqsiz şey söyləməz. Bu, Allaha çox ağır böhtandır. Hər şeyin məqsədi olduğu kimi insanın da varlığının məqsədi vardır. Məqsəd olduğuna görə din vardır və doğrudur. Bəzi insanlar Allahın (haşa) məhdud gücü olduğunu sanırlar. Kürsüsündə oturub və insanlarla maraqlanır zənn edirlər amma sonsuz güc bir iltifat deyil, Allahın ağlının və gücünün sonu yoxdur.

(A9 TV; 17 fevral 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)