Mehdi heyrət oyandıracaq şəxsdir. Bədiüzzaman Mehdi üçün “əcaib şəxs” demişdir.
(A9 TV; 28 dekabr 2016)
Dini pozanlar xoşbəxtliyi, gözəlliyi, incəsənəti, estetikanı dinin əleyhinə olan şeylər kimi göstərirlər. O zaman müsəlmanları müəyyən mənada cəhənnəmə sürükləyirlər. İslam cənnətdir. Allah müsəlmanlar üçün dünyada da, axirətdə də cənnəti istəyir. Müsəlmanlar dünyanı cənnət kimi edəcəklər. Zülm edən, asıb kəsən, şiddət tətbiq edən “kafir”dir. Müsəlmanların da, Kitab əhlinin də arasında zülm edən çıxa bilər.
(A9 TV; 28 dekabr 2016)
Xristianlara və musəvilərə “kafir” deyilməz. Onlar Kitab əhlidir. Allah Kitab əhlinin yeməyini və qadınlarıyla evlənməyi halal etmişdir.
(A9 TV; 28 dekabr 2016)
Peyğəmbərimiz (s.ə.v)-in vəfatından dərhal sonra münafiqlər və dövrün dərin quruluşları ittifaq edərək müsəlmanları böyük çıxılmaz vəziyyətə saldılar.
(A9 TV; 28 dekabr 2016)
Müsəlman dediyin pərişan olmalıdır, həyatında incəsənət, elm olmamalıdır anlayışı hal-hazırda İslam aləminin amansızca əzilməsinə səbəb olur.
(A9 TV; 28 dekabr 2016)
Peyğəmbərimiz (s.ə.v) bir hırka ilə əyləşər, 2-3 xurma yeyərdi deyə yanlış inancları var. Halbuki Allah Peyğəmbərimiz (s.ə.v)-i zəngin etmişdir. Peyğəmbərimiz (s.ə.v)-in ehtiyac içində yaşadığını iddia etmək səhabəyə də böhtan atmaq olar. Heç bir səhabə Peyğəmbərimiz (s.ə.v)-i ehtiyac içində qoymaz.
(A9 TV; 28 dekabr 2016)
Müsəlman olmağın pərişanlıqla eyni mənalı olmağını istəyirlər. Allah çiçəkləri, quşları, dünyanı bəzəkli yaradır. Müsəlman da baxımlı və diqqət edən olar.
(A9 TV; 28 dekabr 2016)
Müsəlmanların keyfiyyətli, alicənab, mədəni, zövqlü, təmiz, baxımlı olması Quran əxlaqının tələbidir. Qorxunc görünməni din kimi göstərmək zülmdür.
(A9 TV; 28 dekabr 2016)
Xristianlar hz. İsanın doğumuna sevinib qeyd edirlər, müsəlmanların bundan narahat olacağı bir şey ola bilməz.
(A9 TV; 28 dekabr 2016)
Kürdlər dürüst, mərd, sözündə duran, hər cəhətdən etibarlı insanlardır. PKK isə namərd və alçaqdır. PKK ya ağıllanacaq ya da bölgədən gedəcək.
(A9 TV; 28 dekabr 2016)





