Kitab əhli öz şəriətini yaşaya bilər, lakin Peyğəmbərimiz (s.ə.v)-ə öz aləmində yalançı deyən və peyğəmbərliyini qəbul etməyən küfr etmiş olar.
(A9 TV; 29 dekabr 2016)
Müsəlmanların Tövrat və İncilin təhrif edilməmiş hissələrini oxumaları və həyata keçirmələri lazımdır. (Maidə surəsi, 44: Şübhəsiz ki, Biz Tövratı, içində hidayət və nur olaraq endirdik.)
(A9 TV; 29 dekabr 2016)
İslam aləmini parça-parça edən, Osmanlını yox edən üst ağıl İngiltərə dərin dövlətidir. Bədiüzzaman da bunu əsərlərində söyləmişdir.
(A9 TV; 29 dekabr 2016)
Bədiüzzaman da dəccaliyyətin dünya hakimiyyətinə diqqət çəkmişdir. Dəccaliyyəti idarə edənin İngiltərə dərin dövləti olduğu açıq ifadə edilməlidir.
(A9 TV; 29 dekabr 2016)
Allah sevgisi özü özlüyündə yaranmaz, zəhmət çəkmək, əziyyət çəkmək lazımdır. Əzablar, çətinliklər olmadan insanda dəlicəsinə sevgi yaranmaz.
(A9 TV; 29 dekabr 2016)
Dünya qarışıq yer deyil, hər şeyin səbəbi var. Allah hadisələri yaradarkən tək məqsədi var. Allah Özünü çox sevməyimizi istəyir. Allahın ən mühüm xüsusiyyəti sevməsi və sevilməsidir. Pişiklərin, bəzəklərin, musiqinin, insanların, ağacların yaradılmasının səbəbi həmişə sevgidir. Bütün yaradılışdakı məqsəd insanın Allahı sevməsidir. Sevgi olmazsa insanın ağlı donuqlaşar.
(A9 TV; 29 dekabr 2016)
İngilis heyranlığını təlqin etmə məsələsi Əbdülhəmid dövründən bəri bütün Yaxın Şərqdə geniş yayılıb. Bu, İngiltərə dərin dövlətinin yönləndirməsidir.
(A9 TV; 29 dekabr 2016)
Türkiyə də, Rusiya da Suriyanın bölünməsinə qarşıdır. Suriyanın ərazi bütövlüyünün qorunması düzgün siyasətdir.
(A9 TV; 29 dekabr 2016)
Tövrat və İncil əhlinin Quranı qəbul etməsi əsas şərtdir. Quran əhlinin də Tövrat və İncildəki Qurana uyğun hissələri qəbul etməsi əsas şərtdir.
(A9 TV; 29 dekabr 2016)
Allah dinin çətinləşdirilməsini istəmir. Quranın hökmünün kafi olduğunu bildirir.
(A9 TV; 29 dekabr 2016)





