Biz Yaxın Şərqdə kommunist stalinist azğın bir quruluş olmasını istəmirik. Kürd qardaşlarımız bizim canımızdır, bizim baş tacımızdır.
(A9 TV; 28 dekabr 2016)
Rusiya, İran, Türkiyə və İsrail ittifaqı yaradılar, buna Səudiyyə Ərəbistanı və Qətər də qoşulsa həm bölgə, həm də dünya əmin-amanlığa qovuşar.
(A9 TV; 28 dekabr 2016)
Rusiyada Putini aradan götürüb İngiltərə dərin dövlətinin təsiri altında olan birini gətirmək istəyirlər. Bütün Türk dövlətləri Putinə dəstək olsun.
(A9 TV; 28 dekabr 2016)
İngiltərə dərin dövlətinin yönləndirməsi ilə Amerika tərəfindən PYD/YPG/PKK-ya MANPADS (daşına bilən hava müdafiə sisteminin) verilməsi bilavasitə Türkiyəyə istiqamətli hərəkətdir.
(A9 TV; 28 dekabr 2016)
Rusiya, İsrail, İran və Türkiyə mütləq ittifaq etsin. Bu məsələdə heç gecikmə olmasın. Bölgədə İngiltərə dərin dövlətinin bütün oyunlarını puç edək.
(A9 TV; 28 dekabr 2016)
Obamanın siyasətini İngiltərə dərin dövləti yönləndirir. İngiltərə dərin dövlətinin bu siyasəti Suriyada çox böyük təxribata səbəb oldu.
(A9 TV; 28 dekabr 2016)
İngiltərə dərin dövləti Suriyadakı məğlubiyyətinin acısını Rusiyadan çıxartmağa çalışır. Baş verən ardıcıl sui-qəsdlər, təyyarənin düşməsi bundan ötrüdür. Dəccaliyyət bundan sonra da ardıcıl hücumlara keçəcək. İran, Türkiyə, Rusiya, Misir və İsrail ittifaq etsə dəccaliyyət adlı nəsə qalmaz.
(A9 TV; 28 dekabr 2016)
İngiltərə dərin dövləti Suriyada məğlub oldu. “Böyük Yaxın Şərq” layihəsini həyata keçirib Suriya, İraq və Türkiyəni böləcəkdilər, planları alt-üst oldu.
(A9 TV; 28 dekabr 2016)
İngiltərə dərin dövlətinin 1920-ci illərdəki planlarında İstanbulu ayrı bir federal dövlət etmək idi. 15 iyulda da bu planı həyata keçirmək istədilər.
(A9 TV; 27 dekabr 2016)
Hz. Süleymanın məscidini yenidən inşa edəcəyik inşaAllah. Musəvilər, müsəlmanlar, xristianlar Qüdsdə sülh içində yaşayacaq.
(A9 TV; 27 dekabr 2016)





