Təkamül nəzəriyyəsi şumerlərdən, qədim Misirdən gələn bütpərəst xurafatdır. Elm deyil. Darvinistlər bu həqiqəti görməyin təşvişini yaşayırlar. Zülalın quruluşu sanki krujeva kimi mürəkkəbdir və zülalın əmələ gəlməsi üçün başqa zülala ehtiyac vardır. Təsadüf olması qeyri-mümkündür.
(A9 TV; 10 fevral 2017)
Tövrata görə dünya yaradılmadan əvvəl yeddi şey yaradılıb. Bunlardan biri də Moşiyah, yəni Mehdinin adıdır.
(A9 TV; 10 fevral 2017)
Zəkalı və bilikli olmaq mütləq ağıllı olmaq deyil. Ağıl imanla gələn nemətdir.
(A9 TV; 10 fevral 2017)
Zər aləmində bütün insanlar hz. Adəm və bütün peyğəmbərlər qüsursuz tam insanlar olaraq mövcuddur və Allaha əhd verirlər. Kainat sonra yaradılır. Hz. Adəm və Həvva zər aləmində mövcuddurlar, cənnətdə olurlar və daha sonra dünyaya göndərilirlər. Dünyada təkamüllə mərhələ-mərhələ inkişaf yoxdur. Quranda təkamül olduğunu iddia edənlər zər aləmində insanların hamısının mövcud olduğunu görməzlikdən gəlirlər. Səmimiyyətsizlik etməmələri lazımdır.
(A9 TV; 10 fevral 2017)
Təkamül nəzəriyyəsi elmi cəhətdən yox oldu. Darvinizm öldü. Boşuna çırpınmasınlar, ölünü dirildə bilməzlər.
(A9 TV; 10 fevral 2017)
Şeytan həmişə insanları doğru yoldan azdırmaq istəyər. Münafiq də möminlərin birliyinin pozulmasını, işlərinin müvəffəqiyyətsiz olmasını istəyər.
(A9 TV; 9 fevral 2017)
Münafiq xarakterini gündəmdə saxlamaq çox əhəmiyyətlidir. Münafiqlər əsil qaranlıq tərəflərini və nifrətlərini saxta hesablarında göstərərlər. Müsəlmanların arasında özünü küfr əhli ilə heç əlaqəsi yoxmuş kimi göstərən münafiq, saxta hesablarında haramları müdafiə edər, din əleyhinə yazılar yazar.
(A9 TV; 9 fevral 2017)
Tez qəzəblənmək də küfrdən gələn vərdişdir. Allah, İslamı tanıdıqdan sonra bütün bu çirkin əməllərdən imtina edilməsini istəyir.
(A9 TV; 9 fevral 2017)
Biz “Allahım elmimi artır!” deyə dua etməklə məsuluq. Elmin sahibi Allahdır. Mömində əsla müstağniyyət olmaz.
(A9 TV; 9 fevral 2017)
İnsanların bir hissəsi İslamı qəbul etdikdə küfrdən tam imtina etmir. Küfrdən gələn çirkin yüklərdən tamamilə imtina etmək lazımdır. İyrənc əməl, söz ilişdirmək, sünilik, əhvalın tez pozulması, kədər, təvəkkülsüzlük, küfrdən gələn çirkin yüklərdir. Bunlardan İslamı qəbul etdikdə imtina edilməlidir.
(A9 TV; 9 fevral 2017)





